2018-2019-CU TƏDRİS İLİNDƏ QARŞIDA DURAN VƏZİFƏLƏR MÜZAKİRƏ EDİLİB » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » 2018-2019-CU TƏDRİS İLİNDƏ QARŞIDA DURAN VƏZİFƏLƏR MÜZAKİRƏ EDİLİB

2018-2019-CU TƏDRİS İLİNDƏ QARŞIDA DURAN VƏZİFƏLƏR MÜZAKİRƏ EDİLİB

Müəllif: Gulnare
//
04 Ekim 2018
//
//

2018-2019-CU TƏDRİS İLİNDƏ QARŞIDA DURAN VƏZİFƏLƏR MÜZAKİRƏ EDİLİB


Gəncə Dövlət Universitetində (GDU) Elmi şuranın 2018-2019-cu tədris ili üçün ilk iclası keçirilib.

Əvvəlcə universitetin rektoru, professor Yusif Yisibov şura üzvlərini gündəlikdəki məsələlər barədə məlumatlandırıb. Şura üzvləri tərəfindən gündəlikdə duran məsələlər səsə qoyulub və qəbul edilib.

Xeberleragentliyi.com xəbər verir ki, Sonra Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru Fəxrəddin Məmmədovun 2017-2018-ci tədris ilinin yaz və yay imtahan sessiyasının yekunu və yeni tədris ilində qarşıda duran vəzifələr haqqında hesabatı dinlənilib.

İnzibati təsərrüfat işləri üzrə prorektor Fəxrəddin Həsənov universitetin maddi-texniki bazasının genişləndirilməsi və aparılmış təmir işləri haqqında hesabat verib.

Elmi şurada həmçinin Filologiya fakültəsinin dekanı professor Mübariz Yusifov fakültənin 5 illik fəaliyyəti haqqında hesabatla çıxış edib.

Sonda rektor Yusif Yusibov universitetin yeni elmi ad almış əməkdaşlarına fəlsəfə doktoru diplomlarını təqdim edib və gənc alimlərə gələcək elmi, pedaqoji fəaliyyətlərində uğurlar arzulayıb.

Bununla da Elmi Şuranın ilk iclası yekunlaşıb.
Xəbər Lenti Giriş Populyar Reklam