Şabranda rayonunda sakinlər təxliyə edildi » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » Şabranda rayonunda sakinlər təxliyə edildi

Şabranda rayonunda sakinlər təxliyə edildi

Müəllif: Anar
//
04 Aralık 2012
//
//

Şabranda rayonunda sakinlər təxliyə edildi

Dekabrın 3-də Şabran rayonunda yaşayış binası uçub.

xeberleragentliyi.com-un Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Şabran rayonun Ağalıq kəndində XX əsrin əvvəllərində inşa edilmiş ikimərtəbəli 12 mənzilli yaşayış binasının bəzi konstruktiv elementlərində qismən uçqun olub. Dərhal aidiyyəti qurumlar məlumatlandırılıb, Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzinin mütəxəssisləri və müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunublar. Fövqəladə Hallar Nazirliyinin və digər aidiyyəti qurumların mütəxəssisləri binaya ilkin baxış keçirib və binanın mövcud vəziyyəti mütəxəssislər tərəfindən tam müəyyən edilənə qədər sakinlər nazirliyin və rayon icra hakimiyyətinin birgə səyi nəticəsində təxliyyə olunub və təhlükəsiz əraziyə köçürülüblər.

Binanın su, elektrik və qaz təchizatı dayandırılıb, mühafizəsi təşkil olunub.
Adınız:
E-Mail:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Xəbər Lenti Giriş Populyar Reklam