Göyçay şəhərində silahlı insident oldu,1nəfər öldü, 2nəfərsə yaralandı » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » Göyçay şəhərində silahlı insident oldu,1nəfər öldü, 2nəfərsə yaralandı

Göyçay şəhərində silahlı insident oldu,1nəfər öldü, 2nəfərsə yaralandı

Müəllif: Anar
//
04 Aralık 2012
//
//

Göyçay şəhərində  silahlı insident oldu,1nəfər öldü, 2nəfərsə yaralandı
Göyçay şəhərində  silahlı insident oldu,1nəfər öldü, 2nəfərsə yaralandı

Göyçay rayon sakinləri arasında silahlı insident baş verib, ölən və yaralılar var. APA-nın məlumatına görə, hadisə bu gün saat 13:30 radələrində rayonun Bəydövül kəndində qeydə alınıb. Kənd sakini, 1965-ci il təvəllüdlü Xudiyev Ağababa Ağabala oğlu və 24 yaşlı oğlu Əziz Xudiyevlə birgə qardaşı oğlu, 1970-ci il təvəllüdlü Xudiyev Nicat Xudu oğlu ilə dava ediblər. Münaqişə zamanı qan qohumları ov tüfəngi ilə bir-birlərinə atəş açaraq, ağır xəsarətlər yetiriblər. Hər üç şəxs müxtəlif dərəcəli ağır bədən xəsarətləri ilə Göyçay Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib. Nicat Xudiyev aldığı ağır xəsarətlər səbəbindən xəstəxanada dünyasını dəyişib. Hazırda rayon Polis Şöbəsinin və Prokurorluğun əməkdaşları hadisə yerindədir. Hadisənin hansı səbəbdən baş verdiyi hələ ki, məlum deyil. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
Adınız:
E-Mail:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Xəbər Lenti Giriş Populyar Reklam