Şamaxıda abadlıq və quruculuq işləri sürətlə davam etdirilir » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » Şamaxıda abadlıq və quruculuq işləri sürətlə davam etdirilir

Şamaxıda abadlıq və quruculuq işləri sürətlə davam etdirilir

Müəllif: Anar
//
04 Aralık 2012
//
//

Şamaxıda abadlıq və quruculuq işləri sürətlə davam etdirilir
Şamaxıda abadlıq və quruculuq işləri sürətlə davam etdirilir

Şamaxıda abadlıq və quruculuq işləri sürətlə davam etdirilir
Məlum olduğu kimi, artıq ötən ilin əvvəllərindən başlayaraq qədim paytaxt şəhər olan Şamaxıda, eləcə də rayonun bütün ərazisində abadlıq və quruculuq işlərinə geniş vüsət verilmişdir. Ötən müddət ərzində bütün qüvvə və imkanlar tam səfərbərliyə alınaraq bu sahədə ciddi dönüş yaradılmış, rayonda neçə-neçə obyekt istifadəyə verilmiş və ya əsaslı təmir edilmişdir. Hazırda havaların soyumasına baxmayaraq Şamaxıda, xüsusilə rayon mərkəzində abadlıq və quruculuq işləri sürətlə davam etdirilir.
Şirvan küçəsi Şamaxı şəhərinin mərkəzi küçələrindən biri hesab olunur. Bu ilə qədər tamamilə bərbad vəziyyətdə olan bu küçə indi əsl müasir şəhər küçəsini xatırladır. Qısa müddət ərzində burada yerləşən bütün yaşayış və inzibati binaların fasad hissələri xüsusi materialdan üzlənərək dam örtükləri dəyişdirilmiş, küçəyəyə yeni bardürlər çəkilərək təzə səkilər salınmış və asvalt-beton örtük vurulmuşdur. Bundan əlavə Şirvan küçəsindəki işıq sistemi tamamilə yenidən qurulmuşdur. Abadlıq və yenidənqurma işlərinin aparılarkən qədim memarlıq elementlərinin tətbiq edilməsi bu küçənin simasına xüsusi gözəllik qatır. Küçədə yerləçən 19 saylı beşmərtəbəli binanın üzlənməsi işləri də başa çatmaq üzrədir.
Şəhərin giriş qapısı sayılan S.Ə.Şirvani küçəsi bu gün əsl tikinti meydançasını xatırladır. Həmin küçədə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə Cümə məscidində aparılan əsaslı bərpa və yenidənqurma işləri ilə əlaqədar xüsusi layihə həyata keçirilir. Hazırda S.Ə.Şirvani küçəsinin genişləndirilmiş ərazilərində qala divarları çəkilərək milli memarlıq elementləri ilə üzlənməsi davam etdirilir. Burada həmçinin küçəyə yeni bardürlər qoyulur və təzə işıq sistemi quraşdırılır.
Şamaxı şəhərinin Heydər Əliyev küçəsindəki istinad divarları milli memarlıq üslubunda yenidən əsaslı təmir edilmişdir. Ötən ilin sonlarından şəhərin giriş hissəsində, “Şamaxı “ şadlıq sarayının yaxınlığında yerləşən ərazidə yeni üçmərtəbəli inzibati binanın tikintisinə başlanılmışdır. Atrıq burada nəzərdə tutulan işlərin əsas hissəsi başa çatdırılmışdır. Yaxın vaxtlarda rayonun kənd təsərrüfatı sahələri üzrə ixtisaslaşdırılmış idarə və müəssisələri bu binaya köçürükəcəkdir.
Rayonda ümumtəhsil məktəblərinin maddi-texniki bazasının daha da möhkəmləndirilməsi xüsusi diqqət mərkəzindədir. Xəbər verdiyimiz kimi, yeni dərs ilinin ilk günündə rayonun 4 kəndində yeni məktəb binası tikilərək müəllim və şagirdlərin istifadəsinə verilmişdir. Hazırda isə rayonun Böyük Xınıslı, İkinci Çaylı, Cabanı kəndlərində də məktəb tikintisi davam etdirilir. Hacılı kəndində isə yeni məktəb binasının və Şamaxı şəhər 1 saylı körpələr evi-uşaq bağçasının inşasına başlanılmışdır.
Tərlan Vəlixanoğlu şöbə müdiri
ZAMİN ŞAMAXILI 4 Aralık 2012 22:11
Gözəlyazıdı.Azərbaycanımızın öz füsunkar və ecazkar təbiəti ilə seçilən diyarlarından biri də Şirvanın özəyi sayılan Şamaxı rayonudur.Qədim tarixə malik olan Şamaxı Baş Qafqaz silsiləsinin cənub-şərq ətəklərində yerləşir.Rayonun özünəməxsus təbiəti,mülayim iqlimi,mineral bulaqları ona xüsusi gözəllik verir.Şəhərin daxili gözəlləşməsində əziyyəti olan hər bir şəxsə Şamaxı camaatı adından öz minnərdarlığımı bildirirəm. TƏRLAN VƏLİXANOĞLUNA-da uğurlar arzulayıram.

Adınız:
E-Mail:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Xəbər Lenti Giriş Populyar Reklam