Yevlaxda icazəsiz ova cəhd edən şəxs saxlanılıb » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » Yevlaxda icazəsiz ova cəhd edən şəxs saxlanılıb

Yevlaxda icazəsiz ova cəhd edən şəxs saxlanılıb

Müəllif: Gulnare
//
02 Ekim 2018
//
//

Yevlaxda icazəsiz ova cəhd edən şəxs saxlanılıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən Yevlax rayonunun “Qazandağı” adlanan ərazisində icazəsiz ova cəhd edən şəxs saxlanılıb və ondan ov tüfəngi götürülüb.

Nazirlikdən Trend-ə verilən məlumata görə, araşdırma zamanı brakonyerin Goranboy rayon sakini Firəddin Kərimov olduğu məlum olub. Faktla bağlı F.Kərimov barəsində protokol tərtib edilib və inzibati qaydada 1000 manat məbləğində cərimə tətbiq olunub.
Xəbər Lenti Giriş Populyar Reklam