“Holllivud” bağlandı » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » “Holllivud” bağlandı

“Holllivud” bağlandı

Müəllif: Anar
//
30 Ekim 2012
//
//

“Holllivud” bağlandı
Artıq bir neçə gündür ki, insanlar Amerika kinosunun məşhur simvolunun qarşısında şəkil çəkdirə bilmir. The Hollywood Sign saytına istinadən verdiyi məlumata görə, turistlər arzularını həyata keçirə bilmədiklərindən məyus olub geri qayıdırlar. Səbəb isə çox sadədir, loqin restovrasiya edilmək üçün müvəqqəti olaraq bağlanıb.

Təmir “Hollivud”un simvolunun 90 illiyi ilə əlaqədardır. Yubiley isə 2013-cü ildə olacaq.

Xatırladaq ki, Hollivud təpəciyində böyük ağ hərflərlə yazılmış “Hollivud” sözü 1923-cü ildə əvvəlcə reklam üçün nəzərdə tutulub. Tezliklə bu işarə Amerika kinoindustriyasının simvoluna çevrilir. Bu böyük ağ simvol indi Maunt-Li dağının üstündə dəniz səviyyəsindən 491 m yüksəklikdə durur.

Təmir on həftə çəkəcək. 15 metrlik hərflərin hər birinin üstündən his-pası, tozu-çirki təmizləndikdən sonra onu bəyaz boya ilə rəngləyəcəklər. Bunun üçün 1,5 ton boya sərf olunmalıdır.
Adınız:
E-Mail:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Xəbər Lenti Giriş Populyar Reklam