Əliyevlə görüş: Paşinyan artıq dərk edir ki… - Millət vəkili » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » Əliyevlə görüş: Paşinyan artıq dərk edir ki… - Millət vəkili

Əliyevlə görüş: Paşinyan artıq dərk edir ki… - Millət vəkili

Müəllif: Gulnare
//
29 Eylül 2018
//
//

Əliyevlə görüş: Paşinyan artıq dərk edir ki… - Millət vəkili

Paşinyan artıq dərk edir ki, danışıqların formatı dəyişməməli, danışıqlar prosesində tərəf kimi Ermənistan və Azərbaycan iştirak etməlidir.

Bu sözləri Axar.az-a açıqlamasında millət vəkili Elman Nəsirov deyib. O bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanın Düşənbədə MDB Dövlət Başçıları Şurası çərçivəsində görüşündən sonra baş nazirin artıq əvvəlki ritorikasını təkrarlamadığı məlum olub:

“Paşinyan artıq Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlar prosesində Azərbaycanın işğal edilmiş ərazilərində yaradılmış qondarma rejimin tərəf kimi iştirak etməsi ideyasını müdafiə etmir. Paşinyan təxminən 4 aylıq hakimiyyəti dövründə Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı danışıqlar masası arxasında qondarma rejimin də olmasını istəyir,yalnız bu halda danışıqlara getməyə hazır olduqlarını vurğulayırdı. Bununla əlaqədar Prezident İlham Əliyev dəfələrlə bu şərti qəbul etmədiyimizi bəyan etmiş, hətta ölkə başçısı çıxışlarında ümumiyyətlə, danışıqlarda formatın dəyişdirilə bilməyəcəyini vurğulamışdır. Format isə odur ki, bu münaqişənin tənzimlənməsi prosesində tərəf kimi Ermənistan və Azərbaycan iştirak edir və heç bir halda qondarma rejim bu danışıqlarda təmsil oluna bilməz, çünki münaqişə Ermənistan-Azərbaycan münaqişəsidir”.

Millət vəkili vurğulayıb ki, hətta Paşinyan eyni yanaşmalarını BMT-də də təkrarladı:

“Lakin sonradan artıq Ermənistanın baş nazirinin əvvəlki ritorikasını təkrarlamadığı göründü. Paşinyanın əvvəlki yanaşmasının daha çox daxili auditoriyaya ünvanlamışdı. Lakin o, bununla heç bir beynəlxalq dəstək almadığını çox gözəl anladı. Digər tərəfdən Paşinyan, MDB dövlət başçılarının Düşənbə sammitində bu ideyasının dəstək almadığının növbəti dəfə şahidi oldu, ona görə də bu məsələdə praqmatik siyasət aparmaqdan başqa yol olmadığını gördü”.

Millət vəkili qeyd edib ki, danışıqlar prosesində yalnız Ermənistan və Azərbaycan tərəfləri iştirak etməlidir:

“Bu nöqteyi-nəzərdən oktyabr ayında ATƏT-in Minsk qrupunun həmsədrlərinin regiona gözlənilən növbəti səfəri çərçivəsində artıq məhz Ermənistan və Azərbaycan rəhbərləri səviyyəsində danışıqlar aparılması ilə bağlı mövqe yekun təsdiqini tapacaq və bundan sonra Azərbaycan Prezidenti ilə Ermənistanın baş naziri arasında danışıqların vaxtının təyin edilməsi ətrafında müzakirələrin gedəcəyi ehtimal olunur”.
Xəbər Lenti Giriş Populyar Reklam