Musa Yaqubun mərhum xanımına yazdığı şeiri təqdim edir. » www.xeberleragentliyi.com
29/10/2012 | Əlaqə

» » Musa Yaqubun mərhum xanımına yazdığı şeiri təqdim edir.

Musa Yaqubun mərhum xanımına yazdığı şeiri təqdim edir.

Müəllif: Anar
//
03 Aralık 2012
//
//

OXUNUB:1921
Musa Yaqubun mərhum xanımına yazdığı şeiri təqdim edir.


Sənin ad günün üçün

Bilmisən, sən bizdən qabaq gəlmisən,
Doğma ocağına qonaq gəlmisən
Tale bir möcüzə baxt verib sənə,
O qədər yalvarıb-yaxarmısan ki,
Dünyada heç kəsə verilməyəcək
O dünya sahibi vaxt verib sənə –

Vallah ruhun deyil, özün olmusan,
Məni ev-eşikdən xəbər almısan –
Sənsiz əhvalımı pərişan bilib
Bir də tapşırmısan məni tanrıma,
Dəftər-kitabımın tozunu silib,
Nəzər yetirmisən pal-paltarıma.

Güzgüdə sənindi vallah bu nəfəs,
Bu ocaq başında sən durmusan, sən
Yəqin vaxt sahibi icazə verməz,
Bizi gözləyəsən, bizi görəsən...

Birdən tələsmisən, vaxtın daralıb,
Qapı dəstəyini sıxıb çıxmısan.
Qapı bir balaca aralı qalıb
Ətrafa həsrətlə baxıb çıxmısan.

Vallah, o gülü də özün dərmisən,
Bir nəzərin qalıb tut ağacında.
O güldən bir ləçək düşüb dəhlizə,
Bir gilas yarpağı gedib saçında.
Xiffətin cığırı payızlandırıb
Ahın bir topacıq otu yandırıb –

Yanır barmaqlarım,əlimdə şam var,
Dolub şamdan olan ovcumdu, qalır –
Gəl bu göynərtini dilimdən apar
Bu sənə şirinlik borcumdu qalır.

Bir gözə dəymədən gözdən itənim,
Bir gizli baxt ilə əhdə yetənim!
Durub iki dünya üz-üzə, gəlmə
Bir daha göstərib möcüzə gəlmə.
Bir yol qovşağında bəlkə görüşdük –
Mən sizə gəlirəm, sən bizə gəlmə.

payız, 2012
Buynuz kəndi
Adınız:
E-Mail:
Kalın İtalik Altı Çizili Üzeri Çizili | Sola Yasla Ortala Sağa Yasla | İfade Ekle Bağlantı EkleKorumalı Link Girin Renk Seç | Gizli Metin Alıntı Ekle Farklı Bir Alfabe ile Yazılmış Olan Seçili Metni Kiril Alfabesine Çevir Spoiler Ekle
Kodu daxil et:
Xəbər Lenti Giriş Populyar Reklam