Azərbaycan İİV-ə yoluxma səviyyəsi aşağı olan ölkələr sırasındadır » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » Azərbaycan İİV-ə yoluxma səviyyəsi aşağı olan ölkələr sırasındadır

Azərbaycan İİV-ə yoluxma səviyyəsi aşağı olan ölkələr sırasındadır

Müəllif: Anar
//
02 Aralık 2012
//
//

Azərbaycan İİV-ə yoluxma səviyyəsi aşağı olan ölkələr sırasındadır
Azərbaycan İİV-ə yoluxma səviyyəsi aşağı olan ölkələr sırasındadır

Ölkədə epidemiya əsasən yüksək riskli qrupa aid olan inyeksion narkotik istifadəçiləri arasında yayılıb”.


APA-nın xəbərinə görə, bunu Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktor əvəzi Esmira Alməmmədova 1 dekabr - Ümumdünya QİÇS-lə Mübarizə Günü ilə əlaqədar keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, 3593 Azərbaycan vətəndaşından 2174-də İİV-ə yoluxma inyeksion narkotik istifadəsi nəticəsində, 1016-da heteroseksual, 55-də anadan uşağa keçməklə, 35-də homoseksual kontakt nəticəsində, 1-də donor qanının köçürülməsi nəticəsində baş verib. 312 nəfərdə yoluxma yolu naməlumdur. 2006-cı ilin noyabrından Səhiyyə Nazirliyi, QİÇS, Vərəm və malyariya ilə mübarizə üzrə Qlobal Fondun dəstəyi ilə tətbiq edilən antiretrovirus terapiyaya indiyədək İİV-lə yaşayan 1253 insan cəlb olunub. Onlardan 312 nəfərin müalicə sinə bu ilin 11 ayı ərzində başlanıb.

E. Alməmmədova deyib ki, İİV-ə yoluxma ilə bağlı epidemiya hazırda konsentrik, təmərküzləşmiş mərhələdədir: “Azərbaycanda İİV-ə yoluxanların 80 faizi kişilərdir. Ancaq son illər qadınlar arasında İİV-ə yoluxma halı artır. Eyni zamanda heteroseksual kontakt nəticəsində də İİV-ə yoluxma çoxalır. Belə yoluxma ümumi yoluxmaların 28 faizini təşkil edir. Ölkə üzrə İİV-ə yoluxanların 44 faizi 30-39, 23 faizi 40-49, 18 faizi 25-29, 2 faizi 0-14 yaşlı uşaqlardır. 15-18 yaş qrupu üzrə yalnız 12 nəfərdə yoluxma qeydə alınıb. Qeydiyyatda duran İİV-ə yoluxmuş insanların 960 nəfəri, yəni 27 faizi Bakı və Abşeronunun, 72 faizi isə regionların payına düşür. Ən çox yoluxma Şirvan, Hacıqabul, Astara, Lənkəran, Sumqayıt, Xızı və s. rayonların payına düşür. İİV-ə yoluxma üzrə ən aşağı göstərici Gəncədədir”.
Xəbər Lenti Giriş Populyar Reklam