Ərdoğan: "Silahlı qruplaşmalar Suriyanın İdlib şəhərini tərk edirlər" » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » Ərdoğan: "Silahlı qruplaşmalar Suriyanın İdlib şəhərini tərk edirlər"

Ərdoğan: "Silahlı qruplaşmalar Suriyanın İdlib şəhərini tərk edirlər"

Müəllif: Gulnare
//
26 Eylül 2018
//
//

Ərdoğan: "Silahlı qruplaşmalar Suriyanın İdlib şəhərini tərk edirlər"

Silahlı qruplaşmalar Suriyanın İdlib şəhərini tərk edirlər.

Xeberleragentliyi.com Trend-ə istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib.

Dövlət başçısı bildirib ki, Türkiyə və Rusiyanın İdlibdə vəziyyətin tənzimlənməsi üzrə saziş imzalaması regiondakı duruma müsbət təsir göstərib.

Ümumilikdə Suriya böhranının nizamlanmasına gəlincə, R.T.Ərdoğan qeyd edib ki, Türkiyə Bəşər Əsədin hakimiyyətdə qalmağının əleyhinədir:

"Yüz minlərlə insanın ölümünə səbəb olan birisi hakimiyyətə qala bilməz".

Prezident, həmçinin deyib ki, məhz B.Əsədin günahı üzündən Türkiyə ərazisində artıq 3,5 milyon suriyalı qaçqın var.
Xəbər Lenti Giriş Populyar Reklam