Azərbaycan cüdoçusu dünya çempionatında yarımfinala yüksəlib - YENİLƏNİB-3 » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » Azərbaycan cüdoçusu dünya çempionatında yarımfinala yüksəlib - YENİLƏNİB-3

Azərbaycan cüdoçusu dünya çempionatında yarımfinala yüksəlib - YENİLƏNİB-3

Müəllif: Gulnare
//
26 Eylül 2018
//
//

Azərbaycan cüdoçusu dünya çempionatında yarımfinala yüksəlib - YENİLƏNİB-3

Azərbaycan cüdoçusu Uşangi Kokauri Bakıda keçirilən dünya çempionatında yarımfinal yüksəlib.

"Report"un məlumatına görə, 100 kq-dan yuxarı çəki dərəcəsində yer alan 26 yaşlı idmançı 1/4 finalda çexiyalı olimpiya çempionu Lukas Krpaleki məğlub edib. Kokauri yarımfinalda özbəkistanlı Bekmurod Oltiboyevlə qarşılaşacaq.

*** 11:47

Azərbaycan ağır çəkili cüdoçuları Bakıda keçirilən dünya çempionatında 1/4 final yüksəliblər.

"Report"un məlumatına görə, 100 kq-dan yuxarı çəki dərəcəsində yer alan Uşangi Kokauri 1/8 finalda ukraynalı Aleksandr Qordiyenkoya qalib gəlib. O, 2 dəqiqə 9 saniyəyə ipponla qələbə qazanıb. 26 yaşlı idmançı 1/4 finalda çexiyalı Lukas Krpaleklə qarşılaşacaq.

78 kq-dan yuxarı çəkidə çıxış edən İrina Kindzerska isə 1/8 finalda puerto-rikolu Melissa Moxikadan güclü olub. O, 1/4 final mərhələsində rəqibi bosniyalı Larisa Çeriçlə üz-üzə gələcək.

*** 11:06

Azərbaycan cüdoçusu Uşangi Kokauri Bakıda keçirilən dünya çempionatına qələbə ilə başlayıb.

"Report"un məlumatına görə, 100 kq-dan yuxarı çəki dərəcəsindəki 26 yaşlı idmançı 1/16 finala təsadüf edən ilk görüşündə belaruslu Vladislav Terpitskiyə 1 dəqiqə 2 saniyəyə ipponla qalib gəlib. Onun növbəti mərhələdəki rəqibi ukraynalı Aleksandr Qordiyenko olacaq.

*** 10:57

Azərbaycan cüdoçusu İrina Kindzerska Bakıda keçirilən dünya çempionatına qələbə ilə başlayıb.

"Report"un məlumatına görə, 78 kq-dan yuxarı çəki dərəcəsindəki 27 yaşlı idmançı 1/16 finala təsadüf edən ilk görüşündə litvalı Sandra Yablonskiteyə 2 dəqiqə 28 saniyəyə ipponla qalib gəlib. Onun 1/8 finalda rəqibi puerto-rikolu Melissa Moxika olacaq.
Adınız:
E-Mail:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Xəbər Lenti Giriş Populyar Reklam