Röya Türkiyədə peşəkar fəaliyyətə başladı – VİDEO-FOTO » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » Röya Türkiyədə peşəkar fəaliyyətə başladı – VİDEO-FOTO

Röya Türkiyədə peşəkar fəaliyyətə başladı – VİDEO-FOTO

Müəllif: amil
//
02 Aralık 2012
//
//

Röya Türkiyədə peşəkar fəaliyyətə başladı – VİDEO-FOTO

ANS PRESS-in məlumatına görə, bu barədə müğənninin yeni istifadəyə verilmiş www.royaofficial.com rəsmi internet səhifəsində yazılıb.

Azərbaycanda müğənni, aktrisa və model olaraq böyük şan-şöhrət qazanan Röya Türkiyədəki ilk albomunun hazırlıqlarını tamamlayıb. “Göndər” adlı bir mahnılıq sinql albomu ilə türk musiqisevərlərin qarşısına çıxacaq olan müğənni bu albomda məşhur və peşəkar musiqiçilərlə çalışıb. Sinql ilə eyni adı daşıyan mahnısının sözü və musiqisi Soner Sarıkabadayıya aiddir. Musiqi parçasının akustik versiyasını Mustafa Ceceli, remix versiyasını isə Kaan Gökman hazırlayıb.

Bu günə qədər musiqi bazarına bir çox albom çıxaran və albomlarının yüksək satışına nail olan Röya artıq yeni işlərini Türkiyədə hazırlamağı və buradakı musiqiseverlərlə görüşməyi hədəfləyir. Röya uzun müddət sürən hazırlıqlardan sonra gəldiyi Türkiyədə türk dinləyicisi ilə güclü bir bağlantı yarada biləcəyinə inanır.

Qeyd edək ki, Röyanın rəsmi saytı ilə “Facebook” və “Twitter” sosial şəbəkələr, eləcə də YouTube kanalında rəsmi səhifələri fəaliyyətə başlayıb. Hər 3 səhifədə müğənninin Türkiyədə fəaliyyətinə start verəcəyi “Göndər” klipinin anonsları təqdim edilib.

Xatırladaq ki, Röya bu axşam Hollandiyada solo-konsert proqramı ilə çıxış edəcək.



Röya Türkiyədə peşəkar fəaliyyətə başladı – VİDEO-FOTO



Röya Türkiyədə peşəkar fəaliyyətə başladı – VİDEO-FOTO


Xəbər Lenti Giriş Populyar Reklam