Əməkdar artist işdən çıxarıldı » www.xeberleragentliyi.com
29/10/2010 | Əlaqə
» » Əməkdar artist işdən çıxarıldı

Əməkdar artist işdən çıxarıldı

Müəllif: Anar
//
02 dekabr 2012
//
//

Əməkdar artist işdən çıxarıldı

Məlumatlı mənbənin xeberleragentliyi.com-a verdiyi informasiyaya görə, onu Mədəniyyət və Turizm Nazirliyini tənqid etdiyinə görə işdən çıxarıblar.

Mənbənin dediyinə görə, aktyorun işdən çıxmaqla bağlı ərizəsi var, amma ərizənin üstü hələ yazılmayıb.

Xəbəri dəqiqləşdirmək üçün teatrın direktoru Mübariz Həmidovla əlaqə saxladıq. Direktor məlumatı nə təkzib, nə də təsdiq etdi.

İlqar Cahangirov isə Kulis.az-a verdiyi açıqlamada bildirib ki, yaxşı pul vəd olunan başqa bir işə getməyi ilə əlaqədar özü işdən çıxmaqla bağlı ərizə yazıb.


Teatrın baş rejissoru Bəhram Osmanov AzadlıqRadiosuna İlqar Cahangirin işdən çıxması haqda ərizə yazdığını söyləyib.

O, bunun səbəbini bilmədiyini deyib.

«Özü belə seçim edib. Kim onu vadar edə bilərdi? Biz normal cəmiyyətdə yaşayırıq. Yaradıcı adamdır. Bəlkə də teatrdakı ünsiyyət və ya yaradıcılıq prosesi xoşuna gəlməyib. Repertuarın qaynar vaxtında işdən getmək məsuliyyətsizlikdir... Aktyor nədir ki, onun nə siyasi baxışı olsun. Aktyor həmişə müəllifin, rejissorun diktəsi ilə həyat sürən yaradıcı şəxsdir. Şişirtməyin əhəmiyyəti yoxdur»,-Bəhram Osmanov deyib.

Xatırladaq ki, İlqar Cahangirov əməkdar artistdir. Cənnət Səlimovanın yaratdığı “Kamera” teatrının aktyoru idi. Həmin teatr ləğv edilib Gənc Tamaşaçılar Teatrının tərkibinə daxil ediləndən bəri aktyor burada çalışır. Mətbuatda üç teatrın bir teatrın tərkibinə qatılmasına və yeni teatrın reperturarına, aktyor seçiminə etiraz edib, Mədəniyyət və Turizm Nazirliyi ilə bağlı tənqidi fikirlər səsləndirib.
Kelenna 24 dekabr 2016 23:11
We need a lot more inghists like this!

Xəbər Lenti Giriş Populyar Reklam