BP "Mərkəzi-Şərqi Azəri" layihəsi üzrə ətraf mühitə təsirin qiymətləndirilməsinin ilkin variantını hazırlayıb » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » BP "Mərkəzi-Şərqi Azəri" layihəsi üzrə ətraf mühitə təsirin qiymətləndirilməsinin ilkin variantını hazırlayıb

BP "Mərkəzi-Şərqi Azəri" layihəsi üzrə ətraf mühitə təsirin qiymətləndirilməsinin ilkin variantını hazırlayıb

Müəllif: Gulnare
//
19 Eylül 2018
//
//

BP "Mərkəzi-Şərqi Azəri" layihəsi üzrə ətraf mühitə təsirin qiymətləndirilməsinin ilkin variantını hazırlayıb

BP Azəri, Çıraq və Dərinsulu Günəşli (AÇG) yatağı üzrə Hasilatın Pay Bölgüsü Sazişi (HPBS) üzrə Podratçı Tərəflərin adından operator kimi elan edir ki, AÇG yatağının işlənməsi üzrə iş proqramı çərçivəsində Azəri Mərkəzi Şərqi (AMŞ) layihəsinin Ətraf Mühitə və Sosial Sahəyə Təsirinin Qiymətləndirilməsi (ƏMSSTQ) sənədinin layihə variantı hazırlanıb və dərc edilib.

Xeberleragentliyi.com bildirir ki, BP-dən Trend-ə verilən məlumata görə, Azəri Mərkəzi Şərqi (AMŞ) layihəsi AÇG müqavilə sahəsinin işlənməsinin növbəti mərhələsini əks etdirir. AMŞ üzrə ƏMSSTQ sənədində Azəri Mərkəzi Şərqi layihəsinin bütün fəaliyyətlərinin ətraf mühitə və sosial sahəyə potensial təsirləri araşdırılır və tövsiyə olunan təsirazaltma tədbirləri təsvir edilir.

AMŞ layihəsinin aşağıdakılardan ibarət olması planlaşdırılır:

Suyun təxminən 137 metr dərinliyində, Mərkəzi Azəri (MA) və Şərqi Azəri (ŞA) platformaları arasında yerləşdiriləcək yaşayış bloklu hasilat və qazma platforması;

Üç yeni yataqdaxili sualtı qaz, neft və suvurma boru xətti birləşmələri və əlaqədar sualtı infrastruktur;

ŞA platformasından AMŞ platformasına istiqamətlənən birləşdirilmiş sualtı enerji (ehtiyat) və telekommunikasiya kabeli.

AMŞ layihəsinin ƏMSSTQ prosesinin ümumi məqsədi nəzərdə tutulan işlərdən yarana biləcək hər hansı mənfi ekoloji və sosial-iqtisadi təsirləri müəyyənləşdirmək və minimuma endirmək, mümkün olduqda isə aradan qaldırmaqdır.
Xəbər Lenti Giriş Populyar Reklam