İsmayıllıda qəza: ölən və yaralılar var » www.xeberleragentliyi.com
29/10/2010 | Əlaqə
» » İsmayıllıda qəza: ölən və yaralılar var

İsmayıllıda qəza: ölən və yaralılar var

Müəllif: Anar
//
02 dekabr 2012
//
//

İsmayıllıda qəza: ölən və yaralılar var

APA-nın məlumatına görə, hadisə bu gün səhər saat 11:00 radələrində Muğanlı-İsmayıllı yolunun 36-cı kilometrliyində, İsmayıllının Diyallı kəndi ərazisində qeydə alınıb.

Mingəçevir sakini, 1962-ci il təvəllüdlü Quliyev Faiq Xumuş oğlunun idarə etdiyi 55-BH-284 dövlət nömrə nişanlı “VAZ 2107” markalı minik maşını qarşı tərəfdən gələn Bakı sakini 1951-ci il təvəllüdlü Musayev Bəxtiyar Mərdan oğluna məxsus 90-NL-593 dövlət nömrə nişanlı “Chevrolite Aveo” markalı maşınla toqquşub.

Hadisə nəticəsində hər iki avtomoblin sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri ilə İsmayıllı Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib. “VAZ 2107”nin sürücüsü Faiq Quliyev aldığı ağır xəsarətlər səbəbindən xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.

Oxunub: 120 dəfə Bookmarka əlavə edin Xəbəri çap et
Xəbər Lenti Giriş Populyar Reklam