Kürdəmirdə zəncirvari yol qəzası » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » Kürdəmirdə zəncirvari yol qəzası

Kürdəmirdə zəncirvari yol qəzası

Müəllif: Anar
//
02 Aralık 2012
//
//

Kürdəmirdə zəncirvari yol qəzası

Bakı-Qazax avtomobil yolunun Kürdəmir rayonu ərazisindən keçən hissəsindəki qatı duman nəqliyyatın hərəkətinə böyük maneələr törədib, ötən 2 saat ərzində yolun eyni ərazisində ikinci hadisə, zəncirvari avtomobil qəzası baş verib.

APA-nın məlumatına görə hadisə bu gün axşam saat 23 radələrində yolun 209-cu kilometrliyində, Qarabucaq kəndi ərazisində qeydə alınıb. Məlumata görə 25-BE-372 dövlət nömrə nişanlı “VAZ 21015” markalı minik maşını, 18-BD-072 dövlət nömrə nişanlı “VAZ 2106” markalı minik maşını və nömrə nişanı olmayan “VAZ 2106” markalı digər minik maşını bir-biri ilə toqquşub.

Zəncirvari hadisə zamanı avtomobillərin sürücüləri yüngül xəsarətlər alıb. Hadisəyə bir neçə saatdır ki, həmin əraziyə çökən qatı duman səbəb olub. Faktla bağlı araşdırma aparılır.
Adınız:
E-Mail:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Xəbər Lenti Giriş Populyar Reklam