Milli Kitabxanada növbəti sərgi dahi bəstəkara həsr olunub » www.xeberleragentliyi.com
29/10/2010 | Əlaqə
» » Milli Kitabxanada növbəti sərgi dahi bəstəkara həsr olunub

Milli Kitabxanada növbəti sərgi dahi bəstəkara həsr olunub

Müəllif: Gulnare
//
18 sentyabr 2018
//
//

Milli Kitabxanada növbəti sərgi dahi bəstəkara həsr olunub

Sentyabrın 18-sə M.F.Axundzadə adına Milli Kitabxanada “18 sentyabr - Milli Musiqi Günü” adlı geniş kitab sərgisi açılıb.

Milli Kitabxanadan AZƏRTAC-a bildirilib ki, tədbiri giriş sözü ilə kitabxananın direktoru, professor Kərim Tahirov açaraq bu musiqi bayramının tarixi əhəmiyyətindən söhbət açıb.

Bildirib ki, Azərbaycan musiqisinin inkişafında böyük xidmətləri olan dahi Üzeyir Hacıbəyli bəstəkar, alim, yazıçı, publisist, ictimai və siyasi xadim kimi çoxşaxəli fəaliyyəti ilə yanaşı, həm də Şərqdə ilk operanın banisi kimi məşhurdur. Dünya musiqi xəzinəsinə parlaq incilər bəxş edən Üzeyir Hacıbəyli Azərbaycanda peşəkar musiqinin banisidir.

Azərbaycan mədəniyyətinin, musiqisinin təbliği məqsədilə ölkəmizdə mütəmadi olaraq beynəlxalq musiqi festivalları, müxtəlif müsabiqələr keçirilir. Bunlardan biri də görkəmli musiqiçilər, müxtəlif ölkələrdən bədii kollektivlər, solistlər, dirijorların iştirakı ilə 2009-cu ildən etibarən təşkil edilən Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalıdır.

Natiq söyləyib ki, Üzeyir Hacıbəyli həm də gözəl felyetonlar, ədəbi səhnəciklər, satirik, publisistik yazıları ilə ədəbiyyatımızda özünəməxsus yer tutub.

Üzeyir Hacıbəyli irsinin daha geniş şəkildə araşdırılaraq gələcək nəsillərə çatdırılmasından danışan K.Tahirov Milli Kitabxananın da bu işə öz töhfəsini verdiyini, onun haqqında iki dəfə biblioqrafik vəsaitin tərtib edildiyini, sənətkarın əsərlərinin təbliği məqsədilə sərgilərin təşkil olunduğunu qeyd edib.

Direktor müavini Ədibə İsmayılovaya çıxışında Azərbaycan musiqi mədəniyyətinin inkişafında misilsiz xidmətləri olan dahi bəstəkarın həyat və fəaliyyətindən, milli musiqi xəzinəmizə verdiyi çoxsaylı töhfələrdən danışıb.

Not nəşrləri və səsyazmaları şöbəsinin müdiri Kəmalə Seyidova şöbəyə gələn qonaqları ilk olaraq bəstəkarın “Koroğlu” əsəri ilə tanış etdiklərini, bu günlə bağlı musiqi məktəblərində, müxtəlif mədəniyyət və təhsil müəssisələrində tədbirlərin keçirildiyini qeyd edib.

Sonda bəstəkarın əsərlərindən və onun haqqında yazılmış əsərlərdən ibarət Azərbaycan, rus və digər xarici dillərdə olan kitab və dövri mətbuat materiallarından ibarət geniş sərgiyə baxış olub.

Sərgi bir həftə davam edəcək.

Milli Kitabxanada növbəti sərgi dahi bəstəkara həsr olunub
Milli Kitabxanada növbəti sərgi dahi bəstəkara həsr olunub
Xəbər Lenti Giriş Populyar Reklam
Cəbhədən yeni xəbər Bu gün, 10:03Cəbhədən yeni xəbər