Rəsmi Bakı: Ermənistanın Azərbaycana müharibə elan etməsi onun münaqişə tərəfi olduğunu açıq şəkildə göstərir » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » Rəsmi Bakı: Ermənistanın Azərbaycana müharibə elan etməsi onun münaqişə tərəfi olduğunu açıq şəkildə göstərir

Rəsmi Bakı: Ermənistanın Azərbaycana müharibə elan etməsi onun münaqişə tərəfi olduğunu açıq şəkildə göstərir

Müəllif: Gulnare
//
14 Eylül 2018
//
//

Rəsmi Bakı: Ermənistanın Azərbaycana müharibə elan etməsi onun münaqişə tərəfi olduğunu açıq şəkildə göstərir

Ermənistanın Azərbaycana müharibə elan etməsi onun münaqişə tərəfi olduğunu açıq şəkildə göstərir.

Xeberleragentliyi.com bildirir ki, bunu Trend-in sorğusuna cavab olaraq Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

H.Hacıyev qeyd edib ki, Ermənistanın baş naziri tərəfindən ziddiyyətli və biri digərini inkar edən bəyanatlar verilməkdədir:

""Şant 2018" hərbi təlimləri çərçivəsində Ermənistan parlamentinin Azərbaycana müharibə elan etməsi və bunu ölkənin parlamentinin rəsmi internet səhifəsində yerləşdirməsi Ermənistanın münaqişə tərəfi olmasının növbəti və açıq göstəricisidir".

O bildirib ki, Ermənistan rəhbərliyi öz əməlləri ilə Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin danışıqlarda iştirakı ilə bağlı iddiasının cəfəngiyyatdan başqa bir şey olmadığını sübut edir.
Adınız:
E-Mail:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Xəbər Lenti Giriş Populyar Reklam