Suriyadan Moskvaya uçan təyyarənin kapitanı havada infarkt keçirib » www.xeberleragentliyi.com
29/10/2010 | Əlaqə
» » Suriyadan Moskvaya uçan təyyarənin kapitanı havada infarkt keçirib

Suriyadan Moskvaya uçan təyyarənin kapitanı havada infarkt keçirib

Müəllif: Gulnare
//
13 sentyabr 2018
//
//

Suriyadan Moskvaya uçan təyyarənin kapitanı havada infarkt keçirib

Moskvanın "Vnukovo" hava limanına yaxınlaşmaqda olan Suriya aviaşirkətinə məxsus "Airbus" sərnişin təyyarəsinin kapitanı miokard infarktı keçirib. Bununla bağlı təyyarə heyəti yerə SOS siqnalı yollayıb.

Xeberleragentliyi.com virtualaz.org-a istinadən xəbər verir ki, ikinci pilot təyyarəni özünün yerə endirəcəyi ilə bağlı məlumat verdikdən sonra hava gəmisinin ehtiyat aerodromda deyil, elə "Vnukovo"da enişi barədə qərar qəbul edilib.

Eniş normal şəraitdə həyata keçirilib, sərnişinlər arasında xəsarət alan yoxdur. Təyyarənin kapitanı miokard infarktı diaqnozu ilə Moskva xəstəxanalarından birinə çatdırılıb.

Qeyd edək ki, Suriyadan Rusiya paytaxtına aviareyslər Azərbaycanın hava məkanı vasitəsilə həyata keçirilir.
Xəbər Lenti Giriş Populyar Reklam