Bakıda 27 yaşlı kişi 46 yaşlı qadını zorlamaq istədi, qadın özünü binadan atdı » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » Bakıda 27 yaşlı kişi 46 yaşlı qadını zorlamaq istədi, qadın özünü binadan atdı

Bakıda 27 yaşlı kişi 46 yaşlı qadını zorlamaq istədi, qadın özünü binadan atdı

Müəllif: Gulnare
//
11 Eylül 2018
//
//

Bakıda 27 yaşlı kişi 46 yaşlı qadını zorlamaq istədi, qadın özünü binadan atdı

Bakıda xoşagəlməz hadisə baş verib.

Xeberleragentliyi.com media.az-a istinadən xəbər verir ki, qadın zorlanmadan qurtulmaq üçün özünü üçüncü mərtəbədən atıb.

Verilən məlumata görə, hadisə 9 sentyabr, saat 22:50-də Qaradağ rayonu, Sahil qəsəbəsində baş verib.

1972-ci il təvəllüdlü Z.Məmmədova ağır bədən xəsarətlərilə Klinik Tibb Mərkəzinə yerləşdirilib.

Araşdırmalar zamanı məlum olub ki, Seyidov küçəsi 21 ünvanında Z.Məmmədova tanışı 1991-ci il təvəllüdlü İ.Vəlizadə tərəfindən hücuma məruz qalıb. Qadın gənc tərəfindən zorlanmamaq üçün özünü pəncərədən yerə atıb.

Hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən hadisədə şübhəli bilinən şəxs saxlanılıb.

Faktla bağlı Qaradağ rayonunda cinayət işi başlanılıb, araşdırmalar aparılır.
Adınız:
E-Mail:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Xəbər Lenti Giriş Populyar Reklam