İsmayıllıda Məmməd Araz poeziya günü keçirilib - FOTO » www.xeberleragentliyi.com
29/10/2010 | Əlaqə
» » İsmayıllıda Məmməd Araz poeziya günü keçirilib - FOTO

İsmayıllıda Məmməd Araz poeziya günü keçirilib - FOTO

Müəllif: Gulnare
//
10 sentyabr 2018
//
//

İsmayıllıda Məmməd Araz poeziya günü keçirilib - FOTO

İsmayıllıda Yazıçılar Birliyinin üzvü, Azərbaycan Prezidenti yanında Bilik Fondunun mühazirəçisi Qardaşxan Əzizxanlının təşəbbüsü, rayon icra hakimiyyətinin və İsmayıllı Regional Bilik Evinin birgə təşkilatçılığı ilə III Məmməd Araz poeziya günü keçirilib.

Xalq şairi Məmməd Arazın anadan olmasının 85 illiyinə həsr olunan, Qardaşxan Əzizxanlının aparıcılığı ilə keçirilən poeziya günündə rayon ziyalıları, gənclər, İsmayıllı İctimai Yazarlar Birliyi və "Dağ çiçəkləri" ədəbi məclisinin üzvləri iştirak ediblər.

Xeberleragentliyi.com AZƏRTAC-a istinadən xəbər verir ki, ədəbi-musiqili məclis xalq şairinin lentə alınmış öz ifasında səslənən şeirinin oxunması ilə başlayıb. Tədbirin aparıcısı, layihə rəhbəri şair Qardaşxan Əzizxanlı Məmməd Araz yaradıcılığının Azərbaycan ədəbiyyatındakı rolundan söz açıb. Bildirib ki, poeziya günü ilk dəfədir belə bir formatda - müəllimlərin üstünlük təşkil etdiyi kontingentlə keçirilir. Şair də müəyyən mənada müəllimdir, maarifçidir, insan tərbiyə edir. Bu mənada Məmməd Araz müəllimlər müəllimidir. O, qeyd edib ki, üçüncü dəfə təşkil olunan poeziya günləri həm də böyük şairin anadan olmasının 85 illik yubileyi ilə əlamətdardır.

Rayon icra hakimiyyəti başçısının müavini Sevil Əhmədova, Milli Məclisin deputatı Aqil Abbas, "İsmayıllı xəbərləri" qəzetinin redaktoru Şahməmməd Soltanov və başqaları çıxış edərək Xalq şairinin həyatı, Məmməd Araz yaradıcılığının müxtəlif aspektləri barədə danışıblar.

Poeziya günündə Xalq şairinin şeirlərindən nümunələr oxunub, şeirlərinə bəstələnən mahnılar ifa edilib.

Xalq şairinin qızı İradə Tuncayın həyat yoldaşı Aqil Abbas tədbirin təşəbbüskarı və təşkilatçılarına minnətdarlığını bildirib.

Sonda Məmməd Araz şeirlərinin ən yaxşı ifaçılarına fəxri fərmanlar və qiymətli hədiyyələr verilib.

III Məmməd Araz poeziya günü çərçivəsində poeziya günləri Xalq şairinin doğum günü ərəfəsində - oktyabrın əvvəlində Məmməd Arazın xatirəsinə həsr edilən respublika şeir müsabiqəsinin nəticələrinin elan edilməsi, qaliblərin mükafatlandırılması mərasimi ilə yekunlaşacaq.

Xəbər Lenti Giriş Populyar Reklam