Millimizin ikinci sınağı » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » Millimizin ikinci sınağı

Millimizin ikinci sınağı

Müəllif: Gulnare
//
10 Eylül 2018
//
//

Millimizin ikinci sınağı

UEFA Millətlər Liqasında 2-ci turun oyunları keçirilir.

Milli.Az xəbər verir ki, Azərbaycan yığması da bu gün sözügedən turnirdə növbəti matçına çıxacaq.

Qurban Qurbanovun çalışdırdığı millimiz səfərdə Malta ilə qarşılaşacaq.

Bir neçə gün öncə Bakıda Kosovo ilə bərabərə qalan (0:0) futbolçularımız bu oyunda ilk qələbə sevincini yaşamağı hədəfləyib. Malta isə ilk turda səfərdə Farer adalarına 1:3 hesabıyla uduzub.

Bu gün millimizin yer aldığı qrupun digər matçında Kosovo evdə Farer adaları ilə qarşılaşacaq.

UEFA Millətlər Liqası

D Liqası, 3-cü qrup

10 sentyabr

22:45. Malta - Azərbaycan

Baş hakim: Nikola Dabanoviç

Baş hakimin köməkçiləri: Milovan Cukiç, Yoviça Tatar

Dördüncü hakim: Aleksandar Cikanoviç

Əlavə köməkçi hakimlər: Milovan Milaçiç, Miloş Boşkoviç (Hamısı Çernoqoriya).

Ta Qali. Milli stadion.
Adınız:
E-Mail:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Xəbər Lenti Giriş Populyar Reklam