Uca varlıqların könül körpüsü » www.xeberleragentliyi.com
29/10/2010 | Əlaqə
» » Uca varlıqların könül körpüsü

Uca varlıqların könül körpüsü

Müəllif: Gulnare
//
09 sentyabr 2018
//
//

Uca varlıqların könül körpüsü
Uca varlıqların könül körpüsü


Bu gün mənəvi ucalıqların ürək memarı, ilahi dəyərlərin ləyaqətli yolçusu,səmimiliyin və halallığın gözəl
nümayəndəsi, uzun illər bölgədəki abad yolların və tikilən körpülərin yaradıcı müəllifi, bənzərsiz dost və nəcib
insan İskəndər Hacıyevin doğum günüdür.Ürəyində yolları yaşayan, gözündə yolları daşıyan bu müdrik yol ustasının insani keyfiyyətləri ilə nadir zövqə malik yaradıcı təfəkkürü bir-birini tamamlayır.
İskəndər müəllimlə dərələrdən keçmişik, dağlardan aşmışıq, meşələrdə ağaclara, yarğanlarda sel-sulara,
qayalarda bulaqlara, gədiklərdə küləklərə, yamaclarda gül-çiçəyə, talalarda arılara salam vermişik, yemşan
gülündən, ada çayından, kəklikotundan dəmləyib çay içmişik, başlıcası isə bir-birimizə könül qonaqlığı
vermişik...
İskəndər müəllim ən sıldırım dağlara, dibi görünməz yarğanlara, duman boğan dərələrə, eyni zamanda burumburum
ürəklərə yol çəkib...Bircə öz ürəyinə yol çəkmək istəməyib...Çünki, onun ürəyinə gedən və ürəyindən yol
alan yolların memarı uca Tanrıdır!
Tanrı yolçusu olan əziz qardaşım, dəyərlim İskəndər müəllim! Sizin yolunuzun bu günkü dayanacağına eşq
olsun!
* * *
Dünyada hər kəsin öz körpüsü var,
Hər kəs özü keçir öz körpüsündən.
Səni körpü-körpü daşıyır dağlar
Dərə körpüsündən, düz körpüsündən.
****
Qalxıb Şah dağına Ayla keçirsən,
Enib Şah düzünə çayla keçirsən,
Düyünlə keçirsən, toyla keçirsən
Oğul körpüsündən, qız körpüsündən.
****
Var qaya körpüsü, var daş körpüsü,
Silinməz könüldən yaddaş körpüsü,
Ən uzun körpüdü qardaş körpüsü,-
Uzundu namərdin yüz körpüsündən.
****
Gəl, bir də yollanaq dağlara sarı,
Dağ bizə saxlayıb bir ovuc qarı,
Səhərin şehində islanan arı
Asılıb bir gülün naz körpüsündən.
****
Gedək, o bulaqdan su içək, bir də,
Bizi salamlasın bir çiçək, bir də,
Yaman darıxmışam, gəl keçək bir də
Ürək körpüsündən, söz körpüsündən.

Ramiz Qusarçayli


Uca varlıqların könül körpüsü
Uca varlıqların könül körpüsü
Uca varlıqların könül körpüsü
Xəbər Lenti Giriş Populyar Reklam