Barak Obamadan Trampa sərt TƏNQİD: "Gücündən sui-istifadə edir" » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » Barak Obamadan Trampa sərt TƏNQİD: "Gücündən sui-istifadə edir"

Barak Obamadan Trampa sərt TƏNQİD: "Gücündən sui-istifadə edir"

Müəllif: Gulnare
//
08 Eylül 2018
//
//

Barak Obamadan Trampa sərt TƏNQİD: "Gücündən sui-istifadə edir"

ABŞ-ın sabiq prezidenti Barak Obama həmkarı Donald Trampı ittiham edib. Sabiq prezident Barak Obama hazırkı ABŞ prezidenti Donald Trampı güclərindən sui-istifadə etməkdə ittiham edib və hər kəsi Demokratlar partiyasına səs verməyə çağırıb.

Xeberleragentliyi.com "Reuters” xəbər agentliyinə istinadən xəbər verir ki, xalqı noyabrda keçiriləcək seçkilərdə Demokratlar pariyasına səs verməyə səsləyən Barak Obama hazırda ABŞ-ın öz tarixinin ən çətin dövrünü yaşadığını deyərək Respublikaçıların buna səbəbkar olduğunu vurğulayıb. O qeyd edib ki, hazırda ölkəni idarə edən Respublikaçılar ABŞ-ı iki hissəyə bölməklə yanlış siyasət aparır və ölkənin gücünü zəiflədir. Bundan başqa Barak Obama Donald Trampın Rusiyaya birləşmək marağından da danışaraq növbəti iki ayın ABŞ üçün həlledici olacağını vurğulayıb:

"Qarşıdakı iki ayda daha böyük seçimlər etmək imkanımız var. Ölkənin zəifləməsinin və yanlış siyasətin qurbanı olmasının qarşısını almaq yalnız sizin əlinizdədir, hər şey verəcəyiniz səslərdən asılıdır”.

Hər iki tərəf tərəfdarlarını 6 noyabrda keçiriləcək səsverməyə çağırır. Demokratların isə Nümayəndələr Palatasında qərarlaşmaq üçün 23, konqresdə üstünlüyü ələ almaq üçün isə senatda 2 yer qazanmağa ehtiyacları var.
Xəbər Lenti Giriş Populyar Reklam