Azərbaycanlı dirijor Fransada beynəlxalq müsabiqənin finalına çıxıb » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » Azərbaycanlı dirijor Fransada beynəlxalq müsabiqənin finalına çıxıb

Azərbaycanlı dirijor Fransada beynəlxalq müsabiqənin finalına çıxıb

Müəllif: Gulnare
//
08 Eylül 2018
//
//

Azərbaycanlı dirijor Fransada beynəlxalq müsabiqənin finalına çıxıb

Azərbaycanlı dirijor Fuad İbrahimov Yevgeni Svetlanov adına Beynəlxalq Dirijorlar Müsabiqəsinin finalına seçilib.

“Report”un Qərbi Avropa bürosu məlumat verir ki, 4 ildən bir keçirilən bu beynəlxalq müsabiqə bu dəfə Fransanın paytaxtında yerləşən Radio Evində baş tutub.

Finalda dörd namizəd - Fuad İbrahimov, Dmirti Filatov, Wilson NG və Haoran Li çıxış edəcək. Final 8 sentyabr tarixində saat 14.00-17.00 və 18.00-21.00-də Parisin Radio Evində keçiriləcək.

Fuad İbrahimov musiqi təhsilinə 15 yaşında Bakı Musiqi Akademiyasında başlayıb, 2002-ci ildə Azərbaycan Milli Simfonik Orkestrinin artisti kimi fəaliyyət göstərib. O, 2014-cü ildən etibarən Bakı Kamera Musiqi Orkestrinin və Almaniya Münhen Yeni Filarmoniyasının Simfonik Orkestrinin baş dirijorudur.
Xəbər Lenti Giriş Populyar Reklam