Azərbaycanda ovçuluq təsərrüfatları bu sahədə təcrübəsi olan şirkətlərə verilə bilər » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » Azərbaycanda ovçuluq təsərrüfatları bu sahədə təcrübəsi olan şirkətlərə verilə bilər

Azərbaycanda ovçuluq təsərrüfatları bu sahədə təcrübəsi olan şirkətlərə verilə bilər

Müəllif: Gulnare
//
07 Eylül 2018
//
//

Azərbaycanda ovçuluq təsərrüfatları bu sahədə təcrübəsi olan şirkətlərə verilə bilər
Ekologiya və Təbii Sərvətlər Nazirliyi ovçuluq təsərrüfatlarını bu sahədə böyük təcrübəsi olan şirkətlərin istifadəsinə verməyi nəzərdə tutur.

Trend-in məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin direktoru Hikmət Əlizadə bu gün keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, hazırda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Azərbaycanın müxtəlif ərazilərində 10 ovçuluq təsərrüfatı var: "Maddi-texniki təchizat, ovçulara göstərdiyi xidmət baxımından həmin təsərrüfatların vəziyyəti bizi çox da qane etmir. Buna görə də nəzərdə tutmuşuq ki, yaxın gələcəkdə həmin təsərrüfatlar bu sahədə böyük təcrübəsi olan şirkətlərin istifadəsinə verilsin. Bununla bağlı iş aparılır. Yalnız o şirkətlər müsabiqədə iştirak edə biləcəklər ki, onların ovçuluq təsərrüfatlarının, ovun təşkilində təcrübəsi var. Bizə məlum olub ki, çoxlu sayda şirkət bu işlə məşğul olmaq istəyir, lakin təcrübə uğurlu olmayıb. Hansı şirkətlərin ki, bu sahədə böyük təcrübəsi var və onlar bizə bu təsərrüfatların inkişafı ilə bağlı uyğun biznes-planlar təqdim edərlərsə, biz onlarla əməkdaşlıq etməyə hazırıq".

H.Əlizadə deyib ki, əsas məqsədləri Azərbaycanda sivil qaydada ovun təşkilinə nail olmaq, ovçu və təbiəti mühafizə edən tərəf arasında dünyanın ən inkişaf etmiş ölkələrində olan münasibətlər modelini yaratmaqdır.
Adınız:
E-Mail:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Xəbər Lenti Giriş Populyar Reklam
15 yaşlı APA... Dün, 10:5515 yaşlı APA...