Kürdə tapılan meyitin kimliyi məlum oldu - YENİLƏNİB » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » Kürdə tapılan meyitin kimliyi məlum oldu - YENİLƏNİB

Kürdə tapılan meyitin kimliyi məlum oldu - YENİLƏNİB

Müəllif: Gulnare
//
06 Eylül 2018
//
//

Kürdə tapılan meyitin kimliyi məlum oldu - YENİLƏNİB

16:16

Avqustun 29-da Kür çayının Tovuz rayonunun Girzan kəndi ərazisindən keçən hissəsində batdığı ehtimal olunan 20 yaşlı Quliyev Elxan Vüsal oğlunun axtarışları başa çatıb.

FHN-dən Trend-ə verilən məlumata görə, Axtarışlar zamanı aşkar edilmiş meyitin E.Quliyevə aid olduğu müəyyən olunub.

-----------

15:10

Kür çayının Tovuz rayonunun Girzan kəndi ərazisindən keçən hissəsində avqustun 29-da batdığı ehtimal olunan 1998-ci il təvəllüdlü Quliyev Elxan Vüsal oğlunun axtarışları aparılan zaman Kür çayının Tovuz rayonunun Əyyublu kəndi ərazisindən keçən hissəsində naməlum kişi meyiti aşkar edilib.

FHN-dən Milli.Az-a verilən məlumata görə, meyit sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verib. Hazırda meyitin kimliyinin müəyyən olunması üçün zəruri tədbirlər görülür. Axtarışlar davam etdirilir.
Xəbər Lenti Giriş Populyar Reklam