Bakıda eynisəviyyəli piyada keçidlərinin çəkilməsi və yenilənməsi işləri görülür » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » Bakıda eynisəviyyəli piyada keçidlərinin çəkilməsi və yenilənməsi işləri görülür

Bakıda eynisəviyyəli piyada keçidlərinin çəkilməsi və yenilənməsi işləri görülür

Müəllif: Gulnare
//
01 Eylül 2018
//
//

Bakıda eynisəviyyəli piyada keçidlərinin çəkilməsi və yenilənməsi işləri görülür

Bakıda eynisəviyyəli piyada keçidlərinin çəkilməsi və yenilənməsi işləri görülür.

Bakı Nəqliyyat Agentliyindən (BNA) AZƏRTAC-a bildirilib ki, vətəndaş müraciətləri və BNA-nın mütəxəssislərinin araşdırmaları nəticəsində əvvəlcədən müəyyən edilən yerlərdə yeni eynisəviyyəli piyada keçidləri çəkilib, yararsız hala düşən keçidlər yenilənib, standartlara cavab verməyən keçidlərin yerləri dəyişdirilərək uyğun vəziyyətə gətirilib. Qeyd edilən işlərə Məhəmməd Hadi küçəsi ilə Xudu Məmmədov küçəsinin kəsişməsində, Suraxanı rayonunun Bahar qəsəbəsində, Qara Qarayev prospekti kənar yolda, Ayna Sultanova küçəsinin Hüseyn Cavid prospekti ilə kəsişməsində, Xocalı prospekti ilə Sergey Senyuşkin küçəsinin kəsişməsində, Mirzəağa Əliyev küçəsinin Bülbül prospekti ilə kəsişməsində, Mərdanov qardaşları küçəsində və digər ünvanlarda başlanılıb. Hazırda bu istiqamətdə işlər davam etdirilir. Mərhələli şəkildə Bakı şəhərinin ərazisində yerləşən və yararsız hala düşmüş eynisəviyyəli piyada keçidləri yenilənərək, vətəndaşların müraciətləri və mütəxəssislərin araşdırmaları nəticəsində məqsədəmüvafiq hesab edilən yerlərdə yeni eynisəviyyəli piyada keçidləri təşkil olunacaq.
Xəbər Lenti Giriş Populyar Reklam