Yol polisindən sürücülərə və avtomobil sahiblərinə xəbərdarlıq » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » Yol polisindən sürücülərə və avtomobil sahiblərinə xəbərdarlıq

Yol polisindən sürücülərə və avtomobil sahiblərinə xəbərdarlıq

Müəllif: Anar
//
30 Kasım 2012
//
//

Yol polisindən sürücülərə və avtomobil sahiblərinə xəbərdarlıq

Son günlərdə Bakıda yol polisi avtomobillərdə pərdə-plyonkalara qarşı tədbirləri gücləndirib.

xeberleragentliyi.com-un məlumatına görə, şəhərin müxtəlif ərazilərində yol polisi "Yol hərəkəti haqqında" qanunun tələbinə uyğun olaraq sürücünün görünüş dairəsini məhdudlaşdıran, şüşənin şəffaflığını korlayan hər hansı formada və ölçüdə örtüklər (plyonka, pərdə) aşkarlandığı halda həmin vasitələri yerindəcə sökür və inzibati protokol tərtib edir. Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov Lent.az-a bildirib ki, bu il ərzində pərdə və plyonkalarla bağlı 6408 inzibati protokol tərtib edilir. Ümumilikdə isə il ərzində yol polisi tərəfindən 331324 inzibati protokol tərtib edilib:
“Nəqliyyat vasitələrində qadağan edilmiş vasitələrin yerləşdirilməsinə qarşı tərəfimizdən vaxtaşırı olaraq, xüsusi reydlər keçirilir və keçiriləcək. Səlahiyyətli şəxslərin tərtib etdiyi protokola əsasən, həmin nəqliyyat vasitələrinin sürücüləri cəzalandırılır. Onu da deyim ki, heç bir ölkədə avtomobil konveyrdən rəngli şüşələrlə buraxılmır. Avtomobil sadə ağ şüşələrlə satışa çıxarılır. Yəni sonradan taxılmış qara, rəngli şüşələrdən də istifadə olunması yol verilməzdir və tərəfimizdən aşkar olduğu halda həmin nəqliyyat vasitələri saxlanılır”.

Yol polisi nəqliyyat vasitələrinin sahiblərini və sürücüləri qadağan edilmiş pərdə və plyonkalardan istifadə etməməyə çağırır, bu kimi hallar aşkarlandığı təqdirdə qanuna müvafiq tədbirlərin görüləcəyini bildirir.

Qeyd edək ki, qanunun tələblərinə əsasən, işıqburaxma qabiliyyəti dövlət standartının tələblərinə uyğun olan, yalnız sənaye üsulu ilə hazırlanan rəngli şüşələrin tətbiqinə icazə verilir. Avtomobillərin arxa şüşəsinin işıqburaxma qabiliyyəti isə sürücünün salondan arxa görüşünü təmin etmək şərti ilə normallaşdırılmır. Hər iki tərəfdə arxanı göstərən xarici güzgülər olduqda minik avtomobillərinin yalnız arxa şüşələrinə örtük (pərdə və plyonka) çəkməyə və ya sənaye üsulu ilə hazırlanan jalüz asmağa yol verilir.
Xəbər Lenti Giriş Populyar Reklam