Azərbaycana külli miqdarda at əti gətirilməsinin qarşısı alındı » www.xeberleragentliyi.com
29/10/2010 | Əlaqə
» » Azərbaycana külli miqdarda at əti gətirilməsinin qarşısı alındı

Azərbaycana külli miqdarda at əti gətirilməsinin qarşısı alındı

Müəllif: Gulnare
//
30 avqust 2018
//
//

Azərbaycana külli miqdarda at əti gətirilməsinin qarşısı alındı

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA), "Tursan-İ" MMC-nin sifarişi əsasında Gürcüstan Respublikasının "G&A Group" şirkəti tərəfindən Ukraynadan alınaraq, beynəlxalq baytarlıq sertifikatı ilə Azərbaycan Respublikasına ixrac edilən 33991,15 kq dondurulmuş mal ətinin ölkəyə idxalının qarşısını alıb.

Agentlikdən Milli.Az-a verilən məlumata görə, təhlükəsizlik göstəricilərinin yoxlanılması və ətin mənşəyinin təyin edilməsi məqsədilə mal əti adı ilə ölkəyə idxal olunan məhsuldan əvvəlcə qanunvericiliyin tələblərinə uyğun olaraq nümunələr götürülüb və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına göndərilib. Aparılan sınaq yoxlamanın nəticələrinə əsasən, təqdim edilmiş ət nümunələrinin at əti olduğu aşkar edilib. Bununla əlaqədar olaraq, Agentlik tərəfindən həmin məhsulun ölkəyə idxalı dərhal dayandırılıb.

Qida Təhlükəsizliy Agentliyi bildirir ki, bu istiqamətdə baytarlıq nəzarəti tədbirləri bundan sonra da ardıcıl surətdə davam etdiriləcək, qanuna zidd fəaliyyətlə məşğul olan fiziki və hüquqi şəxslər barəsində ciddi tədbirlər görüləcəkdir.
Xəbər Lenti Giriş Populyar Reklam
6 otaqlı ev yandı Dünən, 10:156 otaqlı ev yandı
Cəbhədən XƏBƏR VAR Dünən, 10:05Cəbhədən XƏBƏR VAR