Sizin reklam burada
Sizin reklam burada

Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş 34 nəfər özünüməşğulluq proqramına cəlb olunub

Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş 34 nəfər özünüməşğulluq proqramına cəlb olunub

Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin məşğulluq imkanlarına yiyələnməsi üçün aparılan işlər çərçivəsində onların özünüməşğulluq proqramında iştirakına şərait yaradılır.

Əmək və əhalinin sosial müdafiə nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, bu il həmin kateqoriyadan olan və özünüməşğulluq fəaliyyətini qurmaq üçün müraciət edənlərdən 34 nəfəri kiçik ailə təsərrüfatlarını qurmaq üçün müəyyən potensiallarının olduğu nəzərə alınmaqla nazirlik tərəfindən özünüməşğulluq proqramına cəlb ediliblər.

Onlar əsasən istehsalyönümlü iqtisadi fəaliyyət növləri üzrə təsərrüfatlarını yaratmaq niyyətindədir. Proqram çərçivəsində onların kiçik biznesə malik olmaları üçün aktivlərlə təminatı həyata keçiriləcək. Quracaqları təsərrüfatları inkişaf etdirmək üçün mütəmadi olaraq zəruri məsləhət xidmətləri ilə təmin olunacaqlar.

Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilənlərin potensialları müqabilində özünüməşğulluq proqramına cəlb edilməsi işləri hazırda da davam etdirilir.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ