Çavuşoğlu: ABŞ anlamalıdır ki, təhdid yolu ilə nəticə əldə etmək mümkün deyil » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » Çavuşoğlu: ABŞ anlamalıdır ki, təhdid yolu ilə nəticə əldə etmək mümkün deyil

Çavuşoğlu: ABŞ anlamalıdır ki, təhdid yolu ilə nəticə əldə etmək mümkün deyil

Müəllif: Gulnare
//
28 Ağustos 2018
//
//

Çavuşoğlu: ABŞ anlamalıdır ki, təhdid yolu ilə nəticə əldə etmək mümkün deyil

Türkiyə və Rusiya arasında münasibətlər Ankara-Vaşinqton əlaqələrinə alternativ deyil.

Xeberleragentliyi.com Trend-ə istinadən bildirir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bəyan edib.

Nazir qeyd edib ki, hazırda ABŞ və Türkiyə arasında real problemlərin olduğu sirr deyil:

"Ankara əvvəllər də olduğu kimi, münasibətlərin yaxşılaşmasına çalışır və əminik ki, bütün problemləri dialoq yolu ilə həll etmək olar".

Onun sözlərinə görə, Birləşmiş Ştatlar anlamalıdır ki, təhdid yolu ilə nəticə əldə etmək mümkün deyil.

Rusiya istehsallı S-400 zenit-raket komplekslərinə gəlincə, M.Çavuşoğlu bildirib ki, bu, Türkiyəyə lazımdır.

Xatırladaq ki, 20 ildən çoxdur İzmirdə yaşayan amerikalı rahib E.Branson 2016-cı ildə dövlət çevrilişinə cəhd zamanı FETÖ hərəkatına yardım etməkdə və PKK-ya dəstək verməkdə ittiham olunaraq həbs edilib. Bu il iyulun 25-də isə ev dustağı edilib. ABŞ bunu səbəb göstərərək Türkiyəyə qarşı bir sıra sanksiyalar tətbiq edib.
Adınız:
E-Mail:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Xəbər Lenti Giriş Populyar Reklam