Prezident İlham Əliyev səfirlərin etimadnamələrini qəbul edib » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » Prezident İlham Əliyev səfirlərin etimadnamələrini qəbul edib

Prezident İlham Əliyev səfirlərin etimadnamələrini qəbul edib

Müəllif: Anar
//
29 Kasım 2012
//
//

Prezident İlham Əliyev səfirlərin etimadnamələrini qəbul edib

Prezident İlham Əliyev noyabrın 29-da Əfqanıstan İslam Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Mohammad Şaker Karqarın etimadnaməsini qəbul edib.
AzərTAc-ın verdiyi məlumata görə, xalqlarımız arasında böyük tarixi əlaqələrin mövcud olduğunu vurğulayan dövlət başçısı bu əlaqələri yeni mərhələdə genişləndirməyin zəruriliyini bildirib.

Əfqanıstan prezidenti Həmid Kərzainin İqtisadi Əməkdaşlıq Təşkilatının Bakıda keçirilən sammitində iştirakına toxunan prezident İlham Əliyev bu səfərin uğurla inkişaf edən ikitərəfli münasibətlərimizin yeni istiqamətlərinin müəyyənləşdirilməsi ilə bağlı məsələlərin müzakirəsi baxımından əhəmiyyətli olduğunu deyib.

Səfir Əfqanıstan xalqının və hökumətinin Azərbaycanın mövqeyini bütün məsələlərdə, o cümlədən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı məsələdə daim dəstəklədiyini vurğulayıb. Dövlət başçısı müxtəlif beynəlxalq təşkilatlarda Əfqanıstanın Azərbaycana göstərdiyi dəstəyə görə minnətdarlığını ifadə edib.

Dövlət başçısı bu gün həmçinin Kot d-İvuarın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Bernar Tano-Buçuenin etimadnaməsini qəbul edib. Bernar Tano-Buçue etimadnaməsini prezident İlham Əliyevə təqdim edib. Diplomat öz ölkəsinin rəhbərliyinin Azərbaycan ilə ikitərəfli münasibətlərin inkişaf etdirilməsində maraqlı olduğunu deyib. Prezident İlham Əliyev səfirə ölkəmizdəki diplomatik fəaliyyətində uğurlar arzulayıb.

Prezident İlham Əliyev noyabrın 29-da Estoniya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Miko Halyasın etimadnaməsini qəbul edib. Səfir etimadnaməsini prezident İlham Əliyevə təqdim edib. Dövlət başçısı Azərbaycanla Estoniya arasında ikitərəfli münasibətlərin yüksək səviyyədə olduğunu vurğulayıb.

Estoniyanın Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini vurğulayan səfir ölkəsinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tezliklə həll edilməsinə tərəfdar olduğunu bildirib.

Qeyd edək ki, ölkə başçısı bu gün Bosniya və Herseqovinanın Azərbaycanda yeni təyin olunmuş səfirinin də etimadnaməsini qəbul edib.
Gracye 24 Aralık 2016 19:59
Noihtng I could say would give you undue credit for this story.

Adınız:
E-Mail:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Xəbər Lenti Giriş Populyar Reklam