Bakıda sex, Bərdədə 6 otaqlı ev yandı » www.xeberleragentliyi.com
29/10/2010 | Əlaqə
» » Bakıda sex, Bərdədə 6 otaqlı ev yandı

Bakıda sex, Bərdədə 6 otaqlı ev yandı

Müəllif: Gulnare
//
25 avqust 2018
//
//

Bakıda sex, Bərdədə 6 otaqlı ev yandı

Paytaxtda sex, Bərdədə 6 otaqlı ev yanıb.

Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, Bakı şəhərinin Nizami rayonunda tikilinin (yığma sexi kimi fəaliyyət göstərir) içərisinə yığılmış taxta materialları 10 m² sahədə yanıb. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Bundan başqa, Bərdə rayonunun Mirzalıbəyli kəndində ümumi sahəsi 180 m² tikilidə 6 otağın yanar konstruksiyaları, taxta konstruksiyalardan ibarət artırmalar və ev əşyaları 140 m² sahədə yanıb. Tikilinin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.
Xəbər Lenti Giriş Populyar Reklam
6 otaqlı ev yandı Dünən, 10:156 otaqlı ev yandı
Cəbhədən XƏBƏR VAR Dünən, 10:05Cəbhədən XƏBƏR VAR