Demet Akalın Samir Bağırovla birgə konsert verəcək » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » Demet Akalın Samir Bağırovla birgə konsert verəcək

Demet Akalın Samir Bağırovla birgə konsert verəcək

Müəllif: Anar
//
29 Kasım 2012
//
//

Demet Akalın Samir Bağırovla birgə konsert verəcək
Demet Akalın Samir Bağırovla birgə konsert verəcək

Türkiyənin məşhur pop müğənnisi azərbaycanlı müğənni Samir Bağırovla birlikdə konsert vermək istəyir. Estrada müğənnimizin prodüseri vəzifəsini yerinə yetirən stilist Samir Əliyevin verdiyi məlumata görə, Türkiyənin prodüser mərkəzlərinin birindən onlara təklif gəlib: "Onlar mənimlə telefon əlaqəsi yaradaraq, Demet Akalının Samir Bağırovla eyni səhnəni bölüşmək arzusunda olduğunu bildirdilər. Sən demə o, Samir Bağırovun bütün disklərini, kliplərini izləyib və ifasını çox bəyənib. Samirin mahnılarından birini duet oxumaq istəyir. Təşkilatçılar da onun bu arzusunu reallaşdırmaq məqsədilə hər iki müğənninin Bakıda konsertini təşkil etmək qərarına gəlib".

Təşkilatçılar Demet Akalınla Samir Bağırovun Bakı konsertini Yeni il gecəsində təşkil etməyi düşünürlər. S.Əliyev təşkilatçıların Samir Bağırovun qonorarı ilə maraqlandıqlarını da deyib: "Onlar məndən Samir Bağırovun hansı qonorara konsert verdiyini soruşdular. Mən də məbləği söylədim. Razılaşdılar".

Qeyd edək ki, türkiyəli təşkilatçılar Samir Bağırovla görüşmək üçün bu günlərdə Bakıya səfər edəcək.
Xəbər Lenti Giriş Populyar Reklam