"Bir həftədə Bakıda 219 piyada cərimələnib" - Vaqif Əsədov » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » "Bir həftədə Bakıda 219 piyada cərimələnib" - Vaqif Əsədov

"Bir həftədə Bakıda 219 piyada cərimələnib" - Vaqif Əsədov

Müəllif: Gulnare
//
22 Ağustos 2018
//
//

"Bir həftədə Bakıda 219 piyada cərimələnib" - Vaqif Əsədov
Ötən həftə Bakı şəhərində təyin olunmayan yerlərdən yolu keçən 219 piyada aşkarlanıb.

Xeberleragentliyi.com bildirir ki, bu barədə Trend-ə Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin Yol hərəkətinin təhlükəsizliyinin təbliği və İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov deyib.

V.Əsədov bildirib ki, Bakıda yeraltı və yerüstü piyada keçidləri ətrafında yol polisi tərəfindən nəzarət gücləndirilib.

Bölmə rəisinin sözlərinə görə, piyadaların avtomobillərlə vurulması yol-nəqliyyat hadisələrində çoxluq təşkil edir ki, bu da çox ciddi narahatlıq doğurur:

"Bunun qarşısını almaq üçün yeraltı və yerüstü piyada keçidləri ətrafında yol polisi əməkdaşlarının sayı artırılıb və nəzarət gücləndirilib".
Adınız:
E-Mail:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Xəbər Lenti Giriş Populyar Reklam