Ekspert Qurban bayramı haqda: İsrafçılıqdır, məni qınamayın » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » Ekspert Qurban bayramı haqda: İsrafçılıqdır, məni qınamayın

Ekspert Qurban bayramı haqda: İsrafçılıqdır, məni qınamayın

Müəllif: Gulnare
//
22 Ağustos 2018
//
//

Ekspert Qurban bayramı haqda: İsrafçılıqdır, məni qınamayın

Mən Qurban bayramının təməl fəlsəfəsini, mahiyyətini yaxşı dərk edirəm.

Xeberleragentliyi.com axar.az-a istinadən bildirir ki, bu sözləri analitik Elçin Mirzəbəyli qeyd edib. O bildirib ki, belə bayramlar sosial yardımlaşmanın, həmrəyliyin ilkin təzahürü kimi mühüm əhəmiyyətə malikdir:

"Zənnimcə, bu bayramlara müasir dövrdə məhz daşıdıqları sosial mənaya görə də yanaşmaq lazımdır. Məni qınamayın, bir neçə günün içərisində bu qədər heyvanın kəsilməsinin, israfçılığın izahını tapa bilmirəm. Bütün bunlar sosial dövlət anlayışının və sosial institutların olmadığı dönəmdə qəbul edilən və anlaşılan idi. Amma indi...

Bu sözlərim sosial ədalətin olmadığı bir çox müsəlman ölkəsinə daha çox aiddir".

E.Mirzəbəylinin sözlərinə görə, elə bir cəmiyyət qurmaq lazımdır ki, hər kəs zəhmətinin müqabilində istədiyini ala bilsin:

"İl boyu gözləməsin ki, nə zaman Qurban bayramı gələcək, kəsilən qurbanlardan ona da pay düşəcək və o da doyunca ət yeyəcək. Mənə görə, insanların imkanlı adamların, fərdlərin lütfünə deyil, intellektinə, bacarığına, zəhmətinə, işgüzarlığına, dövlətin sosial ədalətinə sığındığı, əzilmədiyi, əyilmədiyi, sınmadığı, boynubükük, gözüqıpıq olmadığı cəmiyyət Tanrıya daha yaxındır".
Adınız:
E-Mail:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Xəbər Lenti Giriş Populyar Reklam