Azərbaycanın “Azerspace-2/Intelsat 38” peykinin buraxılış tarixi dəyişdirildi » www.xeberleragentliyi.com
29/10/2010 | Əlaqə
» » Azərbaycanın “Azerspace-2/Intelsat 38” peykinin buraxılış tarixi dəyişdirildi

Azərbaycanın “Azerspace-2/Intelsat 38” peykinin buraxılış tarixi dəyişdirildi

Müəllif: Gulnare
//
20 avqust 2018
//
//

Azərbaycanın “Azerspace-2/Intelsat 38” peykinin buraxılış tarixi dəyişdirildi


Azərbaycanın "Azerspace-2/Intelsat 38" ikinci geostasionar peykinin buraxılışı 2018-ci il sentyabrın 7-ə planlaşdırılıb.

Xeberleragentliyi.com Trend-ə istinadən bildirir ki, bu barədə "Arianespace" şirkətinin bəyanatında deyilir.

"Azerspace-2/Intelsat 38" peyki "Ariane 5 ECA" raket-daşıyıcısı ilə buraxılacaq.

Həmin raket-daşıyıcı Azərbaycanın peyki ilə yanaşı "Horizons 3e" peykini də aparacaq.

Qeyd edək ki, daha əvvəl "Azerspace-2/Intelsat 38" peykinin sentyabrın 5-də fəzaya buraxılacağı nəzərdə tutulmuşdu.

"Azerspace-2/Intelsat 38" 45 dərəcə şərq uzunluğunda geostasionar orbitə çıxarılacaq. Onun xidmət zonasına Avropa, Mərkəzi və Cənubi Asiya, Yaxın Şərq və Afrika ölkələri daxil olacaq.
Xəbər Lenti Giriş Populyar Reklam