Cəbhədən XƏBƏR VAR - Erməni təxribatı davam edir » www.xeberleragentliyi.com
29/10/2010 | Əlaqə
» » Cəbhədən XƏBƏR VAR - Erməni təxribatı davam edir

Cəbhədən XƏBƏR VAR - Erməni təxribatı davam edir

Müəllif: Gulnare
//
16 avqust 2018
//
//

Cəbhədən XƏBƏR VAR - Erməni təxribatı davam edir

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 87 dəfə pozub.

Müdafiə Nazirliyindən Milli.Az-a verilən məlumata görə, Ermənistan Respublikası İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində, Berd rayonunun Ayqedzor kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Muncuqlu kəndində yerləşən mövqelərimiz atəşə tutulub.

Tərtər rayonunun işğal altında olan Göyarx, Çiləbürt, Yarımca, Ağdam rayonunun Yusifcanlı, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qərvənd, Qaraxanbəyli, Qorqan, Kürdlər, Horadiz, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Göygöl, Goranboy, Tərtər və Ağdam rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.
Xəbər Lenti Giriş Populyar Reklam
6 otaqlı ev yandı Dünən, 10:156 otaqlı ev yandı
Cəbhədən XƏBƏR VAR Dünən, 10:05Cəbhədən XƏBƏR VAR