Türkiyə və Rusiya XİN başçıları Qarabağ münaqişəsinin həllini müzakirə etdi » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » Türkiyə və Rusiya XİN başçıları Qarabağ münaqişəsinin həllini müzakirə etdi

Türkiyə və Rusiya XİN başçıları Qarabağ münaqişəsinin həllini müzakirə etdi

Müəllif: Gulnare
//
14 Ağustos 2018
//
//

Türkiyə və Rusiya XİN başçıları Qarabağ münaqişəsinin həllini müzakirə etdi

"Türkiyə və Rusiyanın XİN başçıları Dağlıq Qarabağ problemi də daxil olmaqla, bir sıra münaqişələrin sülh yolu ilə həllinə dair ümumi yanaşmaları müzakirə ediblər".

Xeberleragentliyi.com Report-a istinadən bildirir ki, bunu Ankarada Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə keçirilən görüşün yekunlarına dair mətbuat konfransında Rusiyanın XİN başçısı Sergey Lavrov bildirib.

"Bir çox - Yaxın Şərq və Şimali Afrika regionundakı, Balkan yarımadasındakı, Ukrayna, Dağlıq Qarabağ və s. münaqişələrin sülh yolu ilə nizamlanmasıyla bağlı vəziyyəti analoji mövqelərdən nəzərdən keçirdik", - S.Lavrov deyib.

Qeyd edək ki, görüş zamanı tərəflər Rusiya və Türkiyə arasında qarşılıqlı viza rejiminin sadələşdirilməsi məsələsini müzakirə ediblər. Eyni zamanda nazirlər regional məsələlər ətrafında fikir mübadiləsi aparıblar, o cümlədən İdlib ətrafındakı vəziyyət də daxil olmaqla, Suriya böhranını nəzərdən keçiriblər.
Adınız:
E-Mail:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Xəbər Lenti Giriş Populyar Reklam