Mərkəzi Bankın mühasibinin evindən 50 min ABŞ dolları oğurlandı » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » Mərkəzi Bankın mühasibinin evindən 50 min ABŞ dolları oğurlandı

Mərkəzi Bankın mühasibinin evindən 50 min ABŞ dolları oğurlandı

Müəllif: Gulnare
//
14 Ağustos 2018
//
//

Mərkəzi Bankın mühasibinin evindən 50 min ABŞ dolları oğurlandı

Nizami rayonunda bank mühasibinin evindən külli miqdarda oğurluq olub.

Xeberleragentliyi.com "ölkə.az"a istinadən xəbər verir ki, Qara Qarayev prospekti 119-da Orxan Elxan oğlu Məmmədova məxsus mənzildən 50 min ABŞ dolları və qızıl-zinət əşyaları oğurlanıb. Oğurluq barədə polisə elə zərərçəkən özü məlumat verib. Hadisə yerinə 24-cü Polis Şöbəsinin əməkdaşları gələrək mənzildən əl-barmaq izləri götürüblər və zərərçəkənin izahatı alınıb.

Qeyd edək ki, Orxan Məmmədov Mərkəzi Bankda mühasib işləyir.

Faktla bağlı Nizami RPİ-nin İstintaq Şöbəsində cinayət məcəlləsinin 177.3.2 (külli miqdarda oğurluq etmə) maddəsiylə cinayət işi başlanıb, istintaq araşdırmaları davam etdirilir.
Adınız:
E-Mail:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Xəbər Lenti Giriş Populyar Reklam