Ermənistanda növbəti etiraz aksiyası » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » Ermənistanda növbəti etiraz aksiyası

Ermənistanda növbəti etiraz aksiyası

Müəllif: Gulnare
//
13 Ağustos 2018
//
//

Ermənistanda növbəti etiraz aksiyası

Ermənistanın Ararat əyalətinin Artaşat şəhərində bizneslə məşğul olan şəxslər etiraz aksiyası keçirirlər.

Xeberlragentliyi.com musavat.com-a istinadən bildirir ki, orta və xırda sahibkarlar, mağaza və dükan sahibləri Ermənistan Vergilər Nazirliyinin nümayəndələrinin işindən narazılıq edirlər.

Səhər tezdən aksiyaya başlayan tacirlər bəyan edirlər ki, vergi orqanları işçilərinin özbaşınalığı və dükan sahiblərinə təzyiqi sərhəd tanımır.

"Onlar bütün şəhəri terrora bürüyürlər, hamını qorxudurlar. 13-14 nəfər vergi işçisi birləşib yoxlamalar aparırlar. 300 min dram məbləğində malı olan mağazalara 500-600 min dram cərimə kəsirlər. Təlimata uyğun olaraq kassa-nəzarət aparatlarını yoxlamağa gələrkən qanun pozuntusu aşkarlamayanda başlayırlar işçiləri təlimatsız formada yoxlamağa. Təki yoxlamağa və cərimə yazmağa bir bəhanə olsun." - deyə, etiraz edən tacirlərdən biri bəyan edib.

Aksiyanın kütləviləşdiyini görən Ermənistanın Dövlət Gəlirləri Komitəsinin başçısı David Ananyan etirazçılarla görüşə gəlib.
Adınız:
E-Mail:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Xəbər Lenti Giriş Populyar Reklam