İran elektrik enerjisinin Rusiyaya tranziti üçün Azərbaycanla danışıqlara başlayıb » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » İran elektrik enerjisinin Rusiyaya tranziti üçün Azərbaycanla danışıqlara başlayıb

İran elektrik enerjisinin Rusiyaya tranziti üçün Azərbaycanla danışıqlara başlayıb

Müəllif: Gulnare
//
13 Ağustos 2018
//
//

İran elektrik enerjisinin Rusiyaya tranziti üçün Azərbaycanla danışıqlara başlayıb

İran elektrik enerjisinin Rusiya ərazisinə tranziti üçün Azərbaycanla danışıqlar aparır.

Xeberleragentliyi.com Trend-ə istinadən bildirir ki, bunu İranın energetika naziri Rza Ardakanian deyib.

Nazir bildirib ki, İranın şimal qonşuları vasitəsilə Avropanın elektrik şəbəkələrinə qoşulması mümkün ssenarilərdən biridir.

Onun sözlərinə görə, İran həmçinin Pakistan, Əfqanıstan, Türkmənistan, Azərbaycan, Türkiyə və İraqla elektrikr enerjisi mübadilə etmək niyyətindədir.

Qeyd edək ki, bu ilin aprelində Azərbaycan, Rusiya və İranın energetika nazirləri 3 ölkənin enerji sistemlərinin birləşdirilməsi üzrə işçi qrupunun yaradılması məsələsini müzakirə etmişdi.
Adınız:
E-Mail:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Xəbər Lenti Giriş Populyar Reklam