FHN-də Latviya Baş nazirinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib » www.xeberleragentliyi.com
29/10/2010 | Əlaqə
» » FHN-də Latviya Baş nazirinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib

FHN-də Latviya Baş nazirinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib

//
28 noyabr 2012
//
//

FHN-də Latviya Baş nazirinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib




xeberleragentliyi.com FHN-in rəsmi saytına istinadən məlumat verir ki, nazir görüş zamanı respublikada fövqəladə halların idarə olunması sahəsində görülən işlər və nazirliyin strukturuna daxil olan qurumların fəaliyyəti barədə ətraflı məlumat verib. Həmçinin, Heydərov cari ilin aprel ayında Fövqəladə Hallar Nazirliyinin dəvəti ilə Latviyanın daxili işlər nazirinin ölkəmizə etdiyi rəsmi səfərin və əməkdaşlığın daha da dərinləşdirilməsi məqsədilə cari ilin may ayında nazirliyin nümayəndə heyətinin onun rəhbərliyi altında Latviyada rəsmi səfərdə olmasının əlaqələrin daha da inkişafı baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Baş nazir ölkələrimizin aidiyyəti qurumları arasında əməkdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsinin vacibliyini qeyd edib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Daha sonra Dombrovskisin başçılıq etdiyi nümayəndə heyəti nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin fəaliyyəti ilə tanış olub.
Xəbər Lenti Giriş Populyar Reklam