Pensiyalar vaxtından əvvəl verildi » www.xeberleragentliyi.com
29/10/2010 | Əlaqə
» » Pensiyalar vaxtından əvvəl verildi

Pensiyalar vaxtından əvvəl verildi

Müəllif: Gulnare
//
10 avqust 2018
//
//

Pensiyalar vaxtından əvvəl verildi

Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu əmək pensiyalarının maliyyələşdirilməsini vaxtından əvvəl başa çatdırıb, pensiyaçıların şəxsi hesablarına 11 milyon 650 min 108 manat köçürülüb.
AzVision.az xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidmətinin məlumatında bildirilib.

Qeyd edilib ki, hesabat ayında fondun gəlirləri 4 milyon 898 min manat proqnoza qarşı 6 milyon 904 min 170 manat həcmində yerinə yetirilib və proqnoz tapşırıqlara 141 faiz əməl olunub. Həmçinin "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununa əsasən pensiya hüququ yaranmış 100 vətəndaşa əmək pensiyası təyin olunub.

Azərbaycan Respublikası Prezidentinin "2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası"nın təsdiq edilməsi haqqında" 2018-ci il 25 iyun tarixli Fərmanına
uyğun olaraq müvafiq kateqoriyadan olan əmək pensiyaçılarının pensiyalarına qulluq stajına görə əlavələr yenidən hesablanaraq artırılıb.
Xəbər Lenti Giriş Populyar Reklam