Ağdaşda qəbiristanlıqda qətl törədən şəxs könüllü təslim oldu » www.xeberleragentliyi.com
29/10/2010 | Əlaqə
» » Ağdaşda qəbiristanlıqda qətl törədən şəxs könüllü təslim oldu

Ağdaşda qəbiristanlıqda qətl törədən şəxs könüllü təslim oldu

Müəllif: Gulnare
//
10 avqust 2018
//
//

Ağdaşda qəbiristanlıqda qətl törədən şəxs könüllü təslim oldu

Ağdaşda qəbiristanlıqda qətl törədən şəxs könüllü təslim olub.

DİN-dən Trend-ə verilən məlumata görə, avqustun 9-da Ağdaş şəhəri ərazisindəki qəbiristanlıqda şəhər sakini Hüseyn İbadov münaqişə zəminində tüfəngdən açdığı atəşlə həmyerlisi Nizami İsmayılovu qətlə yetirib.

Sonra o, könüllü olaraq polisə gəlib və hadisəni törədərkən istifadə etdiyi, müvafiq sənədləri olmayan “TOZ-16” markalı ov tüfəngini təhvil verib.

Ağdaş RPŞ-nin əməkdaşları tərəfindən H.İbadovun həyətinə baxış zamanı oradan kultivasiya yolu ilə yetişdirilmiş 14 ədəd çətənə kolu aşkar edilərək götürülüb.
Xəbər Lenti Giriş Populyar Reklam