Koreya Respublikasının Azərbaycandakı səfiri İsmayıllıya gəlib » www.xeberleragentliyi.com
29/10/2010 | Əlaqə
» » Koreya Respublikasının Azərbaycandakı səfiri İsmayıllıya gəlib

Koreya Respublikasının Azərbaycandakı səfiri İsmayıllıya gəlib

Müəllif: Gulnare
//
10 avqust 2018
//
//

Koreya Respublikasının Azərbaycandakı səfiri İsmayıllıya gəlib

İsmayıllı rayonu sosial-iqtisadi inkişafı, kənd təsərrüfatı istehsalının müasirliyi, tarixiliyi, multikultural dəyərləri, turizm imkanları ilə diplomatik nümayəndəliklərin,

Beynəlxalq təşkilatların, bəzi ölkələrdə fəaliyyət göstərən maliyyə, təhsil və mədəniyyət qurumlarının diqqətini son zamanlar daha çox çəkir, buraya səfər edənlərin sayı artır.
9 avqust 2018-ci il tarixdə Koreya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Kim Çanq-Gyu İsmayıllıya ilk səfərini edib.
Rayon icra hakimiyyətinin başçısı Mirdaməd Sadıqov icra hakimiyyətinin konfrans zalında səfirlə görüşüb. Kim Çanq-Gyunu salamlayan Mirdaməd Sadıqov İsmayıllı barədə qonağa zəngin məlumat verib. Qeyd edib ki, rayonun iqtisadiyyatı, kənd təsərrüfatı, sənayesi, təhsili, mədəniyyəti ardıcıl və sistemli olaraq inkişaf edir, yeni istehsal sahələri yaradılır, turizmin inkişafı, onun iqtisadiyyatının daha yüksək nəticəli olması üçün həyata keçirilən tədbirlər yeniliklərə əsaslanır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin hərtərəfli diqqəti və qayğısı sayəsində İsmayıllı indi ölkənin aparıcı bölgələrindən birinə çevrilib.
İsmayıllının milli, etnik tərkibindən, multikultural dəyərlərindən, coğrafiyasından, qədim tarixindən, təbii imkanlarından ətraflı danışan Mirdaməd Sadıqov deyib ki, İsmayıllı rayonu Yaponiya, Fransa, Belarus, İsrail, Latviya, Çexiya və Özbəkistanla dostluq əlaqələri yaradıb. Bu da ümumi inkişafımıza müsbət təsir edir. Koreya Respublikasının bu sıraya daxil olması da fəaliyyətimiz üçün əhəmiyyətli olacaqdır.
Səfir Kim Çanq-Gyu səmimi və isti qəbul üçün minnətdarlıq edib, rayonun kənd təsərrüfatı, çoxistiqamətli iqtisadiyyatı, milli-mənəvi dəyərləri, təhsili, ekologiyası və digər sahələri barədə verdiyi dəyərli informasiyaya görə rayon icra hakimiyyətinin başçısı Mirdaməd Sadıqova təşəkkür edib. Koreya diplomatı deyib ki, Azərbaycan Respublikasında səfir olaraq fəaliyyətindən, ayrı-ayrı rayonlara gedib, təcrübə öyrənməkdən məmnundur.
Səfir daha sonra qeyd edib ki, biz mədəniyyətimiz, təhsilimiz, iqtisadiyyatımız və kənd təsərrüfatımızda mövcud olan təcrübənin qazanma yolları və metodlarını paylaşmalıyıq. Qobustandan Balakənə qədər olan turizm kəməri Azərbaycanın ən böyük dəyəridir. Beynəlxalq miqyasda bu dəyərlərdən daha səmərəli istifadə olunmalıdır. Ölkəmizdən Azərbaycana gələn turistlərin 100-150 faiz artması dediyim fikri təsdiq edir.
Görüşdə Koreya Respublikası tərəfindən hərbi attaşe Junq Younq Tak, Konsul Chon Jun Souk, İsmayıllıdan RİH başçısının birinci müavini Rövşən Ağayev və ictimai-siyasi və humanitar məsələlər üzrə müavini Sevil Əhmədova iştirak ediblər.
Koreyalı diplomatlar görüşdən sonra Heydər Əliyev mərkəzində, Tarix-diyarşünaslıq muzeyində olublar, İvanovkaya, Hacıhətəmlidəki “İsmayıllı Şərab-2” sənaye-turizm kompleksi və şərab zavoduna, Lahıc qəsəbəsinə gediblər. Malakan süfrəsində nahar edən qonaqlar hərarətli qarşılanmadan razı qalıblar.
Qonaqları rayon icra hakimiyyəti başçsının birinci müavini Rövşən Ağayev müşaiyət edib.

Xeberleragentliyi.com
Koreya Respublikasının Azərbaycandakı səfiri İsmayıllıya gəlib
Koreya Respublikasının Azərbaycandakı səfiri İsmayıllıya gəlib
Koreya Respublikasının Azərbaycandakı səfiri İsmayıllıya gəlib
Koreya Respublikasının Azərbaycandakı səfiri İsmayıllıya gəlib
Xəbər Lenti Giriş Populyar Reklam