Nəsimi rayonunda təbii qaz təchizatında məhdudiyyət olacaq » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » Nəsimi rayonunda təbii qaz təchizatında məhdudiyyət olacaq

Nəsimi rayonunda təbii qaz təchizatında məhdudiyyət olacaq

Müəllif: Gulnare
//
09 Ağustos 2018
//
//

Nəsimi rayonunda təbii qaz təchizatında məhdudiyyət olacaq

Bakının Nəsimi rayonunun təbii qaz təchizatında məhdudiyyət olacaq.

Xeberleragentliyi.com xeber verirki “Azəriqaz” İstehsalat Birliyindən "Report"a verilən məlumata görə, istehlakçıların təhlükəsiz və dayanıqlı təbii qaz təchizatının təmin edilməsi məqsədilə Nəsimi rayonu Dilarə Əliyeva küçəsində yeni çəkilmiş polietilen, diametri 315 millimetrlik qaz xəttinin mövcud şəbəkəyə qoşulması ilə əlaqədar avqustun 10-da saat 09:00-dan təmir işləri tamamlananadək Nəsimi rayonu Tbilisi prospekti, həmçinin 1 və 2-ci Alatava, 20 Yanvar, A.Məhərrəmov, A.Qurbanov, Bakıxanov, C.Məmmədquluzadə, H.Əliyev küçələrinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq. Görülən zəruri təmir işlərinin Yasamal və Nərimanov rayonlarının bir hissəsinin də qaz təchizatına təsir göstərməsi mümkündür.

Aparılan təmir işləri gün ərzində yekunlaşdırılaraq təbii qazın verilişi təmin ediləcək. Yaranacaq məhdudiyyətlə bağlı “Azəriqaz” İstehsalat Birliyi bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini xahiş edir.

Adınız:
E-Mail:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Xəbər Lenti Giriş Populyar Reklam