Azərbaycan və Türkiyənin birgə çəkdiyi film martda təqdim olunacaq » www.xeberleragentliyi.com
29/10/2010 | Əlaqə
» » Azərbaycan və Türkiyənin birgə çəkdiyi film martda təqdim olunacaq

Azərbaycan və Türkiyənin birgə çəkdiyi film martda təqdim olunacaq

Müəllif: Anar
//
28 noyabr 2012
//
//

Azərbaycan və Türkiyənin birgə çəkdiyi film martda təqdim olunacaq

Yazıçı Elçinin romanı əsasında çəkilən, Azərbaycan və Türkiyənin birgə işi olan “Mahmud və Məryəm” tammetrajlı filmi martda nümayiş olunacaq.

Bu barədə xeberleragentliyi.com-a açıqlamasında filmdə “Qəmərbanu” obrazını canlandıran aktrisa Məlahət Abbasova məlumat verib.

Onun sözlərinə görə, Türkiyədə də çəkilişləri başa çatan film gələn il efirə çıxacaq: “Filmin çəkilişləri də bitdi, biz də bitdik. Çox yüksək səviyyədə keçdi çəkilişlərimizi. Türkiyənin 3 şəhərində həyata keçirildi. Hamı bayram vaxtı istirahət edəndə biz çalışırdıq. Ümid edirik ki, mart ayında tamaşaçıların qarşısına çıxacaq film hər kəs tərəfindən yaxşı qarşılanacaq”.

Qeyd edək ki, Türkiyənin “24 Kare” şirkəti tərəfindən çəkilən filmin rejissoru Mehmet Ada Öztekin, prodüseri Sevda Kayğızısızdır. Musiqisi Aygün Səmədzadəyə məxsusdur. Film baş rollarının ifaçısı Aras Bulut İynemli (Mahmud), Eva Dedovadır (Məryəm). Filmin ilkin hazırlıq və çəkilişlərində 150 nəfərlik heyət işləyir. Film 10 həftə ərzində çəkiləcək. “Mahmud və Məryəm” filmində Fəxrəddin Manafov, Məlahət Abbasova, Mehmet Çevik, Tomris İncer, Polat Bilgin, Şamil Süleymanov, Açelya Özcan, Murad Abdullayev, Şafak Başkaya, Rövşən Ağayev, İlker Kızmaz, Ramiz Məlikov, Ufuk Şən, məşhur Amerika və ingilis əsərlərində oynayan Kristina Krapela kimi tanınmış aktyorlarla bərabər Cemal Hünal da qonaq aktyor kimi iştirak edəcək. Filmdə 25 nəfərlik dublyor heyəti olarkən, sürpriz qonaq aktyorlar da çəkiləcək.

Film 2013-cü ildə Azərbaycan, Türkiyə və 9 Avropa ölkəsində kinoteatrlarda, daha sonra televiziyada göstəriləcək.
Xəbər Lenti Giriş Populyar Reklam