"İsmayıllıda heyvanların süd vəzilərini yırtıcılar qopara bilər" - Baş baytar » www.xeberleragentliyi.com
29/10/2010 | Əlaqə
» » "İsmayıllıda heyvanların süd vəzilərini yırtıcılar qopara bilər" - Baş baytar

"İsmayıllıda heyvanların süd vəzilərini yırtıcılar qopara bilər" - Baş baytar

Müəllif: Gulnare
//
09 avqust 2018
//
//

"İsmayıllıda heyvanların süd vəzilərini yırtıcılar qopara bilər" - Baş baytar

İsmayıllı rayonunun Girk kəndində iribuynuzlu heyvanların süd vəzilərinin naməlum şəraitdə kəsilməsilə bağlı vəziyyət nəzarətə götürülüb.

Xeberleragentliyi.com xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında İsmayıllı rayon Baytarlıq İdarəsinin rəisi Barat Şahalıyev deyib.

Onun sözlərinə görə, artıq həmin əraziyə ciddi nəzarət olunur: "Girk kəndində iribuynuzlu heyvanların döşlərinin kəsilməsi barədə məlumat daxil olub. Dərhal əraziyə baxış keçirilib və zədələnmiş heyvanlardan qan analizləri götürülərək Respublika Baytarlıq Laboratoriyasına göndərilib. Yaxın günlərdə müayinələrin cavabları məlum olacaq. Hazırda ərazidə vəziyyət sabitdir. 2-3 gündən bir bu cür hadisələr baş verir. Ümumilikdə 17 iribuynuzlu heyvanda bu cür hal aşkar edilib. Ərazidə dezinfeksiya işləri aparılıb".

B.Şahalıyev deyib ki, bu prosesdə nə xəstəlikdən, nə də insan faktorundan söhbət gedə bilməz: "Bu vəhşi heyvanların iribuynuzlu heyvanlara hücumu ola bilər. Heyvanlar çöl şəraitində otlayarkən, yatarkən döş nahiyələri yırtıcı heyvanlar tərəfindən qoparılıb. Hadisə yerində qan izləri də aşkarlanıb".
Xəbər Lenti Giriş Populyar Reklam